10:50 / 01-02-2026
İranda zəlzələ baş verib
Parisdə yəhudi məktəbinə hücum olub
Tarix: 02-02-2026 00:33 | Bölmə: Dünya

Parisdə yəhudi məktəbinə hücum olub

Fransanın Paris şəhərindəki yəhudi məktəbinə qarşı vandalizm aktı törədilib.

Reyting.az xarici KİV-lərə istinadla bildirir ki, Paris prokurorluğu vandalizm aktı ilə bağlı istintaqa başlayıb.

Məlumata görə, hücum Parisin 20-ci rayonundakı Bet Lubaviç məktəbində baş verib. Pəncərələr sındırılıb, binanın fasadından videokamera və xatirə lövhəsi qoparılıb.

Prokurorluq din əleyhinə motivlərlə mütəşəkkil qrupun əmlaka vurduğu ziyanla bağlı istintaq aparır.

Rayon polis bölməsi cinayətkarların axtarışına başlayıb.

V. QULİYEV





Bölməyə aid digər xəbərlər