İtkin düşən balıqçılardan birinin meyiti tapılıb
Tarix: 19-12-2025 11:40 | Bölmə: Cəmiyyət
İtkin düşən balıqçılardan birinin meyiti tapılıb

Xəzər dənizində itkin düşən balıqçılardan birinin meyiti tapılıb.

Reyting.az xəbər verir ki, bunu Fövqəladə Hallar Nazirliyindən bildiriblər.

Məlumata görə, bu il dekabrın 9-da Astara rayonunun Şahağac kəndi yaxınlığında Xəzər dənizində itkin düşən iki balıqçıdan biri - 1999-cu il təvəllüdlü Ağadədə Famil oğlu Həsənovun meyiti dalğıc-xilasedicilər tərəfindən suda tapılaraq aidiyyəti üzrə təhvil verilib.

Eyni zamanda qeyd olunub ki, hazırda itkin düşən digər şəxs - 1997-ci il təvəllüdlü Turan Eyvaz oğlu Həsənovun axtarışları davam etdirilir.





Bölməyə aid digər xəbərlər