Sabiq rəisin həbs müddəti uzadılıb
Tarix: 24-12-2025 13:03 | Bölmə: Cəmiyyət
Sabiq rəisin həbs müddəti uzadılıb

Müdafiə Nazirliyin "İstirahət evi"nin rüşvət almada təqsirləndirilən sabiq rəisi mayor İlham Haqverdiyevin barəsində seçilmiş həbs qətimkan tədbirinin müddətinin uzadılması üçün istintaq orqanı tərəfindən məhkəməyə təqdimat daxil olub.

APA xəbər veri ki, təqdimata Bakı Hərbi Məhkəməsində baxılıb və qərar qəbul edilib.

Qərara əsasən, təqdimat təmin edilib və İlham Haqverdiyevin həbs müddəti 1 ay 20 gün müddətinə uzadılıb.

Qeyd edək ki, Müdafiə Nazirliyi tərəfindən həyata keçirilən tədbirlər nəticəsində Nazirliyin "İstirahət evi"nin rəisi mayor İlham Haqverdiyevin qanun pozuntusuna yol verdiyi müəyyən edilib və işə hüquqi qiymət verilməsi üçün materiallar Hərbi Prokurorluğa göndərilib. Məhkəmənin qərarı ilə İlham Haqverdiyev barəsində 2 ay 20 gün müddətə həbs qətimkan tədbiri seçilmişdi.





Bölməyə aid digər xəbərlər