Moskvadakı təyyarə qəzasında 13 nəfər ölüb - Yenilənib
Tarix: 05-05-2019 20:36 | Bölmə: Cəmiyyət
Moskvadakı təyyarə qəzasında 13 nəfər ölüb

Moskva-Murmansk sərnişin təyyarəsi göyərtəsində yanğın baş verdiyinə görə təcili Şeremetyovo hava limanına qayıdıb.

Reyting.az Rusiya mətbuatına istinadən bildirir ki, fövqəladə xidmət nümayəndəsinin sözlərinə görə, 5 nəfər xəsarət alıb.

78 sərnişinin hamısı yanan təyyarədən evaukasiya edilib.

Mənbə xəbər verib ki, yanğına səbəb eletrik avadanlığındakı nasazlıq olub.

Son məlumatda 6 nəfərin yanıq və digərxəsarətlər aldığı bildirilir. Yanğının artıq tam söndürülməsi haqda da məlumat yayılıb.

Bu dəqiqələrdə yayılan daha bir məlumata görə, yanan təyyarənin “Şeremetyovo” hava limanına enişi nəticəsində 10 nəfərdən çox adam ölüb.

21:44

“Şeremetyovo” hava limanındakı təyyarə qəzasında 13 nəfər ölüb.

Bu barədə TASS həkimlərə istinadən məlumat yayıb.

Reyting.az




Bölməyə aid digər xəbərlər