20:08 / 23-11-2024
"Qarabağ" qalib gəlib
İqbal Ağazadə məhkəmədə ifadə verdi - Səbəb
Tarix: 06-05-2019 17:16 | Bölmə: Cəmiyyət
İqbal Ağazadə məhkəmədə ifadə verdi

Bakı Ağır Cinayətlər Məhkəməsində Ümid Partiyasının sədri, keçmiş deputat İqbal Ağazadəyə qarşı dələduzluq etməkdə təqsirləndirilən Sərməs Tağıyevin cinayət işi üzrə məhkəmə iclası davam etdirilib.

Reyting.az bildirir ki, prosesdə zərərçəkən kimi ifadə verən İqbal Ağazadə təqsirləndirilən Sərməs Tağıyevin ona qarşı 165 min manatlıq dələduz etdiyini təsdiq edib.

İqbal Ağazadə dəymiş ziyanın ödənildiyini, Sərməs Tağıyevdən şikayətçi olmadığını, onu bağışladığını bildirib.

Məhkəmənin növbəti iclası mayın 10-na təyin edilib.

İttiham aktına əsasən, S.Tağıyev İ.Ağazadənin etibarından sui-istifadə edərək onun 165 min manat pulunu dələduzluq yolu ilə ələ keçirib.

Ona qarşı Cinayət Məcəlləsin 178.3.2-ci (dələduzluq, külli miqdarda ziyan vurmaqla törədildikdə) maddəsi ilə ittiham irəli sürülüb.

S.Tağıyev dahan əvvəl də eyni maddə ilə mühakimə olunub. O, 2015-ci il avqustun 5-də Bayram Hüseynovun oğlu Ramin Hüseynlinin adına ipoteka fondundan 70 min manat kredit götürməyə kömək edəcəyini vəd verib və 4 min manat pul alıb.

Bundan başqa, S.Tağıyev 2015-ci il avqustun 18-də İbrahim Cəbiyevə ipoteka fondundan 50 min manat kredit götürəcəyini vəd edərək, Abşeron rayonu, Xırdalan şəhəri Dövlət Əmlak Agentliyinin inzibati binasında yerləşən ev alqı-satqı ofisində 10 min manat pul alıb.

Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə S.Tağıyev 8 il azadlıqdan məhrum edilib. Hökmdən narazı qalan o, apelyasiya şikayəti verib və cəzasının yüngülləşdirilməsini istəyib.

Sumqayıt Apelyasiya Məhkəməsinin qərarı ilə S.Tağıyevin barəsində Cinayət Məcəlləsinin 70-ci (şərti məhkum etmə) maddəsi tətbiq edilib, o, azadlığa buraxılıb.

Reyting.az




Bölməyə aid digər xəbərlər
19-11-2024, 12:53 Sabah yağış yağacaq
18-11-2024, 12:54 Sabah yağış yağacaq

bütün xəbərlər