20:08 / 23-11-2024
"Qarabağ" qalib gəlib
İnsan alverinə görə tutulan prodüser azadlığa buraxıldı
Tarix: 06-05-2019 18:10 | Bölmə: Cəmiyyət
İnsan alverinə görə tutulan prodüser azadlığa buraxıldı

Ali Məhkəmədə insan alverində təqsirləndirilərək həbs edilən prodüser Təranə Səmədova barəsində çıxarılan qərardan verilən kassasiya şikayətinə baxılıb.

Reyting.az xəbər verir ki, prosesdə elan edilən qərara əsasən Təranə Səmədovanın cəzası azaldılıb və azadlığa buraxılıb.

Nərimanov rayon Məhkəməsinin hökmü ilə Təranə Səmədova 1 il azadlıqdan məhrum edilərək məhkəmənin iclas zalında həbs olunmuşdu. O, Bakı Apelyasiya Məhkəməsinə müraciət etsə də, onun şikayəti təmin edilməyib.

İttihama görə, Təranə Səmədovanın barəsində Daxili İşlər Nazirliyinin İnsan Alveri üzrə Mübarizə İdarəsində cinayət işi başlanıb. O, iki qadını fahişəliyə cəlb etməkdə ittiham olunub. Cinayət işi üzrə iki qadın zərərçəkmiş şəxs qismində tanınıb. İstintaq orqanı tərəfindən Təranə Səmədovanın barəsində Cinayət Məcəlləsinin 243.1-ci (gəlir və ya digər fayda əldə etmək məqsədilə fahişəliyə cəlb etmə) maddəsi ilə ittiham elan edilib.

Reyting.az




Bölməyə aid digər xəbərlər
19-11-2024, 12:53 Sabah yağış yağacaq
18-11-2024, 12:54 Sabah yağış yağacaq

bütün xəbərlər