Tanınmış şairin bacısı oğlu özünü binadan atıb
Tarix: 07-05-2019 13:00 | Bölmə: Cəmiyyət
Tanınmış şairin bacısı oğlu özünü binadan atıb

Tanınmış şair Salam Sarvanın bacısı oğlunun ölümünün təfərrüatları məlum olub.

Reyting.az ona-ya istinadən bildirir ki, hüquq-mühafizə orqanlarından verilən məlumata görə, AAAF Park yaşayış kompleksində yaşayan, 22 yaşlı Mikayıl Qəmbərov özünü yaşadığı binadan atıb.

Mikayıl Qəmbərovun ətrafında aparılan araşdırmalar zamanı onun narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olduğu müəyyənləşib. Məlum olub ki, M.Qəmbərovun şəriki Daxili İşlər Nazirliyinin Baş Narkotiklərlə Mübarizə İdarəsi əməkdaşlarının həyata keçirdiyi əməliyyat nəticəsində tutulub. Saxlanılan şəxs narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olduğunu etiraf edib. O ifadəsində satış məqsədi üçün əldə etdikləri narkotik vasitələri şəriki M.Qəmbərovla birgə yaşadıqları evdə saxladığını bildirib.

Dərhal əməliyyat qrupu həmin şəxslərin yaşadığı evə gedib. Evdə tək olan M.Qəmbərov polisin gəldiyini görüb və qaçmaq niyyəti ilə özünü eyvandan atıb. Nəticədə o aldığı xəsarətlərdən hadisə yerində ölüb.

M.Qəmbərovun yaşadığı evdən xeyli miqdarda narkotik vasitə aşkar edilərək götürülüb.

Faktla bağlı Cinayət Məcəlləsinin müvafiq maddəsi ilə cinayət işi başlanıb, istintaq tədbirləri davam etdirilir.

Reyting.az




Bölməyə aid digər xəbərlər
Dünən, 12:42 Sabah yağış yağacaq
16-10-2024, 15:56 Kür çayında su artıb
15-10-2024, 12:56 Sabah yağış yağacaq
14-10-2024, 13:03 Sabah leysan yağacaq
11-10-2024, 12:49 Sabah yağış yağacaq

{sape_links}{sape_article}