20:08 / 23-11-2024
"Qarabağ" qalib gəlib
Prokurorluq baş redaktora xəbərdarlıq etdi
Tarix: 08-05-2019 19:01 | Bölmə: Cəmiyyət
Prokurorluq baş redaktora xəbərdarlıq etdi

Prokurorluq sayt rəhbərinə xəbərdarlıq edib.

Bu barədə Baş Prokurorluğun mətbuat xidmətindən Reyting.az-a verilən məlumata görə, aparılmış araşdırmalarla "Gundemxeber.az” internet saytında cəmiyyətdə çaşqınlıq yaranmasına səbəb olan, konkret faktlara əsaslanmayan, sensasiya xarakterli məlumatların qəsdən və qərəzli şəkildə yayılması müəyyən olunub:

"Qeyd edilənlərlə əlaqədar saytın baş redaktoru Şirin Cəfəri Baş Prokurorluğa dəvət edilərək "Prokurorluq haqqında” qanunun tələblərinə müvafiq olaraq, "Kütləvi informasiya vasitələri haqqında” qanunun 10-cu maddəsinə əsasən yalan və qərəzli yazıları yaymaq məqsədilə kütləvi informasiya vasitələrindən istifadə olunmasına yol verilməməzliyi diqqətinə çatdırılmaqla, gələcəkdə belə xarakterli, qərəzli və qanunvericiliyin tələblərinə zidd məlumatların yayılmasının davam etdiriləcəyi təqdirdə barəsində cinayət məsuliyyəti də daxil olmaqla, qanunvericilikdə nəzərdə tutulmuş daha ciddi tədbirlər görüləcəyi barədə rəsmi xəbərdarlıq edilib".




Bölməyə aid digər xəbərlər
19-11-2024, 12:53 Sabah yağış yağacaq
18-11-2024, 12:54 Sabah yağış yağacaq

bütün xəbərlər