20:08 / 23-11-2024
"Qarabağ" qalib gəlib
SSJ-100 təyyarəsi ilə bağlı bir sutkada 4 hadisə
Tarix: 08-05-2019 19:13 | Bölmə: Cəmiyyət
SSJ-100 təyyarəsi ilə bağlı bir sutkada 4 hadisə

Mayın 8-də “Aeroflot” hava şirkətinin Sukhoi Superjet 100 (SSJ-100) təyyarəsinin Moskvanın “Şeremetyovo” hava limanından Ulyanovska uçuşu ləğv olunub.

Reyting.az Rusiya mediasına istinadla bildirir ki, reys təyyarə enmə-uşuş zolağında havaya qalxmağa hazırlaşanda ləğv olunub.

Pilot məruzə edib ki, SSJ-100-in reversi sistemində nasazlıq yaranıb - əyləc qanadlarındakı problem səbəbindən təyyarə enərkən açılmaya bilərmiş.

Bu, SSJ-100 təyyarələri ilə bağlı son sutkada 4-cü hadisədir.

Mayın 7-dən 8-nə keçən gecə Moskva vaxtı ilə saat ikinin yarısında SSJ-100-ün Riqaya uçuşu ləngiyib. Sərnişinlərin sözlərinə görə, salonda yanıq iyi gəlib və uçuşdan əvvəl təyyarəyə yanğınsöndürən maşınlar yaxınlaşıb.

Mayın 8-də səhər “Şeremetyovo”dan Minskə uçan “Aeroflot” hava şirkətinə məxsus daha bir Superjet ləngiyib. Sərnişinlərə deyiblər ki, gecikmənin səbəbi texniki nasazlıqla bağlıdır.

Bu gün gündüz saatlarında xəbər verilib ki, Moskvadan Rostova uçacaq yenə həmim şirkətə məxsus SSJ-100-ü texniki səbəblərə görə gecikib. Moskvadan Permə və geriyə uçmalı olan Suerjetin təyyarələrinin reysi də ləğv olunub. Səbəbi açıqlanmayıb.

“Şeremetyovo” hava limanında qəza mayın 5-də baş verib. Moskvadan Murmanska uçan SSJ-100 qəza enişi zamanı yanıb. 41 nəfər ölüb, 10 nəfər xəstəxanaya yerləşdirilib.

Reyting.az




Bölməyə aid digər xəbərlər
19-11-2024, 12:53 Sabah yağış yağacaq
18-11-2024, 12:54 Sabah yağış yağacaq

bütün xəbərlər