Bakıda sabah bu yollarda hərəkət məhdudlaşdırılacaq - Siyahı
Tarix: 09-05-2019 13:55 | Bölmə: Cəmiyyət
Bakıda sabah bu yollarda hərəkət məhdudlaşdırılacaq

Mayın 10-da Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin doğum günü münasibətilə abah Fəxri Xiyaban istiqamətində hərəkət edən vətəndaşların təhlükəsizliyini təmin etmək məqsədilə bəzi yollarda avtomobillərin hərəkəti məhdudlaşdırılacaq.

Reyting.az
xəbər verir ki, bu barədə Bakı şəhər Baş Polis İdarəsi Dövlət Yol Polisi İdarəsinin bölmə rəisi, polis polkovnik-leytenantı Vaqif Əsədov məlumat verib.

O deyib ki, bununla əlaqədar olaraq, səhər saatlarından tədbir tam başa çatanadək Parlament prospekti boyu bütün nəqliyyat vasitələrinin hərəkətinə tam məhdudiyyət qoyulacaq: "Belə ki, Mikayıl Müşfiq küçəsi ilə Hüseyn Cavid prospektinin kəsişməsində, Mikayıl Müşfiq dairəsi ilə Mətbuat prospektinin kəsişməsində, Mehdi Hüseyn küçəsi 1, yəni Teleteatrın binasının yanından, eyni zamanda, Milli Məclisin arxasından Parlament prospekti istiqamətində nəqliyyatın hərəkəti məhdudlaşdırılaraq hərəkət istiqaməti dəyişdiriləcək".

DYP rəsmisi sürücülərdən və avtomobil sahiblərindən xahiş edib ki, bu istiqamətdə şəxsi avtomobillərindən mümkün qədər az istifadə etsinlər: "Tədbirə qatılmaq istəyənlərə ictimai nəqliyyat vasitələrindən, mənzil başına çatmaq üçün sürücülərə isə alternativ yollardan istifadə etmək tövsiyə olunur".




Bölməyə aid digər xəbərlər
{sape_links}{sape_article}