Kişi onu sancan ilanı dişlədi və öldü
Tarix: 09-05-2019 14:19 | Bölmə: Cəmiyyət
Kişi  onu sancan ilanı dişlədi və öldü

İlanın sancmasına görə qəzəblənən kişi hirsindən onu dişləyib.

Reyting.az xarici mediaya istinadla xəbər verir ki, hadisə mayın 4-də Hindistanda qeydə alınıb.

Parvat Qala Bariya qəribə təsadüf səbəbindən ölüb.

Fermada işləyən kişi onu nəyinsə sancdığını hiss edib. Aşağı baxanda böyük ilan görüb.

Qəzəbindən qaralan fermer ilanı əlinə alaraq onu dişləyib və bir anda huşunu itirib.

Qohumları onu xəstəxanaya aparanda yolda ölüb.

Reyting.az




Bölməyə aid digər xəbərlər
22-04-2024, 12:29 Sabah yağış yağacaq

{sape_links}{sape_article}