20:08 / 23-11-2024
"Qarabağ" qalib gəlib
Bələdiyyələr qəbir yerlərini pulsuz ayıracaq
Tarix: 10-05-2019 13:51 | Bölmə: Cəmiyyət
Bələdiyyələr qəbir yerlərini pulsuz ayıracaq

"Qəbiristanlıqlar bələdiyyələrin balansına keçdikdən sonra qəbir yerləri pulsuz olaraq ayrılacaq".

Bunu jurnalistlərə açıqlamasında Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədr müavini Gündüz İsmayılov deyib.

O xatırladıb ki, Dövlət Komitəsi və İqtisadiyyat Nazirliyi tərəfindən qəbiristanlıqlar və onların salınması ilə bağlı məsələlərin tənzimlənməsi üçün hazırlanan sənəd Nazirlər Kabineti tərəfindən təsdiqlənib: "Burada qəbiristanlıqların bələdiyyələrin səlahiyyətinə keçməsi ilə bağlı müddət öz əksini tapıb. Həmin sənəddə qəbir yerləri üçün torpağın pulsuz ayrılması da göstərilib. Eyni zamanda qəbirlərarası məsafə, qəbir daşlarının ölçüsü konkret olaraq qeyd olunub".

G.İsmayılov əlavə edib ki, Azərbaycanda özəl qəbiristanlıq anlayışı yoxdur: "İstənilən halda bütün qəbiristanlıqlar bələdiyyənin balansına verilməlidir. Eyni zamanda, gələcəkdə qəbiristanlıqların salınması üçün Komissiyaların yaradılması nəzərdə nəzərdə tutulur".




Bölməyə aid digər xəbərlər
19-11-2024, 12:53 Sabah yağış yağacaq
18-11-2024, 12:54 Sabah yağış yağacaq

bütün xəbərlər