20:08 / 23-11-2024
"Qarabağ" qalib gəlib
Bakıda dostunu öldürən şəxsə hökm oxunub
Tarix: 10-05-2019 16:47 | Bölmə: Cəmiyyət
Bakıda dostunu öldürən şəxsə hökm oxunub

Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində qəsdən adam öldürməkdə təqsirləndirilən 1981-ci il təvəllüdlü Bəxtiyar Əhmədovun cinayət işi üzrə məhkəmə iclası başa çatıb.

"Report" xəbər verir ki, hakim Mirzə Xankişiyevin sədrliyi ilə keçirilən prosesdə hökm oxunub.

Məhkəmənin hökmü ilə B.Əhmədov 15 il müddətinə azadlıqdan məhrum edilib.

Xatırladaq ki, prokuror çıxışında onun 16 il müddətinə azadlıqdan məhrum edilməsini istəmişdi.

İttiham aktına əsasən, B.Əhmədov dostu Fikrət Salmanovu bıçaqla qətlə yetirib. Onların arasında mübahisə B.Əhmədovun ona "polisə arxada oturan qızın arvadın olduğunu deyərsən" sözündən sonra olub. B.Əhmədov buna etiraz edən zaman F.Salmanov "guya sənin arvadın ondan artıqdır?" deyə cavab verib. Bu isə mübahisənin böyüməsinə səbəb olub. Nəticədə B.Əhmədov dostunu öldürüb.

B.Əhmədova qarşı Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adamöldürmə) maddəsi ilə ittiham irəli sürülüb.




Bölməyə aid digər xəbərlər
19-11-2024, 12:53 Sabah yağış yağacaq
18-11-2024, 12:54 Sabah yağış yağacaq

bütün xəbərlər