Qubada 45 yaşlı kişi narkotiklə yaxalandı
Tarix: 11-05-2019 13:07 | Bölmə: Cəmiyyət
Qubada 45 yaşlı kişi narkotiklə yaxalandı

Mayın 10-da Quba Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən həyata keçirilən uğurlu əməliyyat-axtarış tədbirləri nəticəsində narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olmaqda şübhəli bilinən rayonun 1-ci Nügədi sakini, əvvəllər məhkum olunmuş 45 yaşlı Məzahir Ağammədov saxlanılıb.

DİN Mətbuat Xidmətinin Quba regional qrupundan Reyting.az-a verilən məlumata görə, RPŞ-nin əməkdaşları tərəfindən Məzahir Ağammədovun üzərinə keçirilən şəxsi baxış zamanı ondan 400 qrama yaxın qurudulmuş marixuana və heroin aşkar edilərək götürülüb.

Saxlanılan şəxs narkotik vasitəni şəxsi istifadəsi üçün saxladığını bildirib.

Faktla bağlı Quba Rayon Polis Şöbəsində araşdırma aparılır.




Bölməyə aid digər xəbərlər
{sape_links}{sape_article}