İnsanlar Ramazan ayında sahura təyyarə səsləri ilə oyandırılır
Tarix: 11-05-2019 14:31 | Bölmə: Cəmiyyət
İnsanlar Ramazan ayında sahura təyyarə səsləri ilə oyandırılır

İndoneziya Hərbi Hava Qüvvələri (HHQ) Ramazan ayında maraqlı təşəbbüsə imza atıb.

Reyting.az
“İBNA”-ya istinadla xəbər verir ki, oruc tutan insanları sübh vaxtı, obaşdan (sahur) vaxtı yuxudan oyatmaq üçün HHQ təyyarələri havaya qalxır.

Səmada pərvaz edən döyüş təyyarələrinin səsinə oyananlardan hələlik şikayət daxil olmayıb.

İndoneziya Hərbi Hava Qüvvələri sözçüsünün sözlərinə görə, döyüş təyyarələrindən istifadə hibrid bir missiyadır, çünki bir tərəfdən, insanlar dini ayini yerinə yetirir, digər tərəfdən, hava qüvvələri pilotların uçmaq səriştələrini mükəmməlləşdirir.

Reyting.az




Bölməyə aid digər xəbərlər