Metroda 3 dəqiqə işıq olmadı
Tarix: 11-05-2019 16:48 | Bölmə: Cəmiyyət
Metroda 3 dəqiqə işıq olmadı

Metronun "Nizamı” və "20 Yanvar” stansiyaları arasındakı xətt üzrə hərəkət edən qatarların hərəkətində 3 dəqiqəlik fasilə yaranıb.

Reyting.az
xəbər verir ki, bunu "Report”a "Bakı Metropoliteni” QSC-nin mətbuat xidmətinin rəhbəri Bəxtiyar Məmmədov təsdiq edib.

B. Məmmədovun sözlərinə görə, fasilə stansiyalara xaricdən daxil olan elektrik xətlərində gərginliyin olmaması səbəbindən baş verib:

"Bu xətlər stansiyaların yalnız işıqlanmasını təmin etdiyi üçün qatarların hərəkətinə təsir etməyib. Qısa zamanda alternativ mənbədən elektrik enerjisinin verilişi bərpa edilib və 3 dəqiqə ərzində mərhələli şəkildə stansiyaların işıqlandırılması da bərpa edilib. Hazırda əməkdaşlarımız problemin səbəbini araşdırmaqla məşğuldurlar”.




Bölməyə aid digər xəbərlər