Leysan Zərdabda ailəni evsiz qoydu - Foto
Tarix: 12-05-2019 19:20 | Bölmə: Cəmiyyət
Leysan Zərdabda ailəni evsiz qoydu

Ötən gün Zərdaba yağan güclü yağış fəsadsız ötüşməyib.

Şəhərin Molla Vəli Vidadi küçəsi ev 3 ünvanında yaşayan Elnur Telman oğlu Cəfərova məxsus 3 otaq, mətbəx və artırmadan ibarət evin bir hissəsi uçub.

Ev sahibinin sözlərinə görə, ev güclü leysan yağdıqdan sonra uçub. 3 nəfər ailə üzvünün yaşadığı evin qalan hissəsi isə qəzalı vəziyyətdədir. Hazırda həmin evin qalan hissəsində yaşamaq mümkün deyil.

E.Cəfərov yaranmış problemlə bağlı müvafiq qurumlara məlumat verdiyini bildirib/Ona




Bölməyə aid digər xəbərlər