Azərbaycanda polis həmkarını güllələdi
Tarix: 13-05-2019 13:25 | Bölmə: Cəmiyyət
Azərbaycanda polis həmkarını güllələdi

Daşkəsən rayon Polis Şöbəsində polis ehtiyatsızlıqdan öz həmkarını güllələyib.

Reyting.az ona-ya istinadən bildirir ki, hadisə şöbənin silah otağında qeydə alınıb.

Polis serjantı, 23 yaşlı Şamxal Mikayılzadənin “Makarov” markalı silahla ehtiyatsız davranması nəticəsində atəş açıb və güllə onun həmkarı, polis serjantı, 26 yaşlı Ceyhun Həsənovun ayağına dəyib.

Faktla bağlı araşdırma aparılır.

Reyting.az




Bölməyə aid digər xəbərlər