16:46 / 19-04-2024
İlham Əliyev Rusiyaya gedir
Qazaxıstanda İlham Rəhimova xüsusi buraxılış həsr olunub - Foto
Tarix: 13-05-2019 18:14 | Bölmə: Cəmiyyət
Qazaxıstanda İlham Rəhimova xüsusi buraxılış həsr olunub

Qazaxıstanın nüfuzlu "Qazaxıstanın elm və həyatı" beynəlxalq elmi jurnalının xüsusi buraxılışı tanınmış alim-kriminoloq, Qara dəniz və Xəzər Regionu Ölkələri Hüquqşünasları Assosiasiyasının prezidenti, Azərbaycan Respublikasının Əməkdar hüquqşünası, hüquq elmləri doktoru, professor İlham Rəhimova həsr olunub.

Reyting.az-a verilən məlumata görə, jurnalda Azərbaycan, Rusiya və Qazaxıstandan olan alim-kriminoloqların Nursultan şəhərinə beynəlxalq səfəri əks etdirilir. Səfər çərçivəsində Qazaxıstan Parlamentində Senat deputatlarının və qonşu ölkələrin alimlərinin iştirakı ilə müəllif professor İ.Rəhimovun qazax dilinə professor E.O.Alauxanov tərəfindən tərcümə edilmiş "Cinayət və cəzanın fəlsəfəsi" kitabının təqdimatı keçirilib, eləcə də Qazaxıstan Respublikası Ali Məhkəməsinin hakimləri ilə görüş keçirilib.

Tədbirdə təqdimat iştirakçılarına professor İlham Rəhimovun min nüsxədən artıq kitabı hədiyyə edilib. Jurnalda Rusiya və Azərbaycandan olan A.İ.Bastrıkin, Y.V.Qolik, A.İ.Korobeev, Y.İ.Duk, T.E.Minyazeva, X.C.Ələkbərov, Q.Qurbanov, A.R.Qədiməliyev, E.O.Alauxanov və digər tanınmış alim-kriminoloqların məqalə və rəyləri dərc edilib.

Jurnalda həmçinin MDB alim-kriminoloqlarının məqalələri və alim-kriminoloq və publisist E.O.Alauxanov haqqında yubiley təbrikləri var.

Azərbaycan və Rusiya alimlərinin səfəri Qazaxıstanla elm və təhsil sahəsində beynəlxalq əməkdaşlığı gücləndirib. Xüsusi buraxılış Qara dəniz və Xəzər Regionu Ölkələri Hüquqşünasları Assosiasiyasının təşkilatçılığı ilə mayın 14-də Bakıda keçiriləcək beynəlxalq elmi konfrans ərəfəsində nəşr edilib.

Qazaxıstanda İlham Rəhimova xüsusi buraxılış həsr olunub




Bölməyə aid digər xəbərlər
{sape_links}{sape_article}