Bakının dörd qəsəbəsinə metro xətti çəkiləcək
Keçmiş səfir: ...İrana hücum məsələsi ciddidir - Müsahibə
Vensin səfəri Güney Qafqaza nə vəd edir?
Prezident iki nazir müavini təyin edib - Fotolar
İran mühasirəyə alınır, tezliklə zərbə endirə bilərlər
Cəbrayıla növbəti köç karvanı gedib - (Yenilənib)
Nazir müavinlərinin sayı artırılıb
Buraxılış imtahanında yeni model tətbiq ediləcək
Vensin Bakı və İrəvana gəlməkdə məqsədi nədir?
Çinin 48 hərbi nəqliyyat təyyarəsi İrana silah daşıyır
Cəlaloğlu: İran dünya güclərinin hədəfində qalacaq
Xocalıya növbəti köç karvanları gedib - (Yenilənib) - Fotolar
Tarix: 21-01-2016 13:04 | Bölmə: Cəmiyyət

"Dünyada davam edən dərin iqtisadi və maliyyə böhranına baxmayaraq, Azərbaycan öz iqtisadiyyatını mənfi təsirlərindən qorumaq üçün hər şey edir".
Bu fikirlər Azərbaycan Prezidenti İlham Əliyevin bu günlərdə Davosda keçirilən Ümumdünya İqtisadi Forumunun rəsmi saytında "Azərbaycan iqtisadiyyatının gələcəyi" adlı məqaləsindəndir.
Ölkə başçısı son 10 il ərzində Azərbaycan iqtisadiyyatının 300% artdığını, qeyri-neft sənayesində 8,4%-lik artım müşahidə olunduğunu, yoxsulluq və işsizliyin səviyyəsinin isə kəskin azaldığını qeyd edib.
"Hazırkı şəraitdə hökumətin əsas vəzifəsi makroiqtisadi sabitliyi və inflyasiyanın normal dərəcəsini təmin etməkdir" - yazan Prezident vurğulayıb ki, 2015-ci ilin sonuna inflyasiya səviyyəsi 4%-dən az olub. O bildirib ki, 2016-cı ildə hökumət inflyasiyanı elə bu cür aşağı səviyyədə saxlamağa çalışacaq.
Enerji mövzusuna da toxunan Prezident İlham Əliyev vurğulayıb ki, Azərbaycanın təklif etdiyi təşəbbüs və layihələr regiondan kənarda həyata keçirilir və ölkələri, qitələri birləşdirir. Onun sözlərinə görə, Azərbaycan Cənub qaz dəhlizinin dörd layihəsinin hər birində vacib səhmdarlardandır: "Cənub qaz dəhlizi layihəsinin həyata keçirilməsi nəticəsində bir sıra ölkələr alternativ mənbə kimi Azərbaycan qazına çıxış əldə edəcək. Başqa sözlə, Azərbaycan Avropanın qaz təhlükəsizliyinin təmin edilməsində çox mühüm və etibarlı tərəfdaşa çevrilir".
Məqalədə Prezident, həmçinin bildirib ki, nəqliyyat infrastrukturunun inkişafı da ölkə üçün prioritet hesab olunur. Bu baxımdan, o, İpək Yolu layihəsi, Bakı-Tbilisi-Qars dəmir yolu xəttini, Azərbaycanda hava limanları və beynəlxalq dəniz limanlarının tikintisini qeyd edib.
Bundan başqa, Prezident Azərbaycanda elektron xidmətlərin inkişafından danışaraq ölkədə doqquz "ASAN xidmət” mərkəzinin açıldığını da xatırladıb.
Prezident İlham Əliyev Azərbaycanın turizmin inkişafına da böyük diqqət ayırdığını vurğulayıb: "Azərbaycan dünyada multikulturalizm mərkəzlərindən biri kimi tanınır və ölkə əhalisi bununla fəxr edir".
Bölməyə aid digər xəbərlər
















“Qarabağ”ın baş məşqçisi deyir ki, "Ayntraxt"la qarşılaşmada baxımlı oyun nümayiş etdirməyə çalışacaqlar
ADP sədri deyir ki, hələlik İranda baş verən proseslərin inkişafı xarici güclərin, xüsusilə ABŞ-ın mövqeyindən, həmçinin Türkiyə və Azərbaycanın bu məsələdə milli maraqlarını nə dərəcədə ön plana çəkməsindən asılı olacaq
Rejissor və aktyor deyir ki, yeni fəaliyyətə başlayan teatrda tamaşaçını pasiyent əvəz edəcək
Mikayıl Mikayılov deyir ki, festivalda nümayiş olunan tamaşa Azərbaycanla Meksika arasında teatr əlaqələrinin başlanğıcı sayıla bilər