13:27 / 16-09-2025
Sabah yağış yağacaq
Dəhşətli qəzada 7 nəfər öldü
Tarix: 11-06-2019 14:45 | Bölmə: Cəmiyyət
Dəhşətli qəzada 7 nəfər öldü

Misirin şimalında baş verən dəhşətli yol qəzası nəticəsində 7 nəfər həlak olub, 16 nəfər yaralanıb.

Reyting.az-ın xarici mətbuata istinadla verdiyi xəbərə görə, qəza iyunun 11-də paytaxt Qahirədən şimalda yerləşən Əl-Buheyr əyalətində qeydə alınıb.

Sərnişin mikroavtobusu kənd təsərrüfatı işçilərinin olduğu maşınla toqquşub.

Nəticədə mikroavtobus yoldan çıxaraq kanala düşüb.

Qeyd etmək lazımdır ki, rəsmi statistikaya görə, Misir yollarda ölənlərin göstəricisi üzrə dünyada 109-cu yeri tutur.

Reyting.az




Bölməyə aid digər xəbərlər
Bu gün, 13:27 Sabah yağış yağacaq
14-09-2025, 13:22 Sabah yağış yağacaq
12-09-2025, 12:53 Sabah yağış yağacaq