Sumqayıtdakı zavodun 13 işçisi zəhərlənib
Tarix: 16-11-2019 17:40 | Bölmə: Cəmiyyət
Sumqayıtdakı zavodun 13 işçisi zəhərlənib

Sumqayıt şəhərində yerləşən zavodların birində zəhərlənmə hadisəsi baş verib. Bununla əlaqədar 13 nəfərin özəl tibb müəssisələrindən birinə müraciət etdiyi bildirilir.

Səhiyyə Nazirliyinin məlumatına görə, onlardan 10-u ambulator müalicəyə buraxılıb. 3 nəfər Kliniki Tibbi Mərkəzin Toksikologiya şöbəsinə gətirilib. Xəstələrin vəziyyəti orta-ağır kimi qiymətləndirilir. Günün sonuna doğru evə buraxılacaqları ehtimal edilir.

Bu arada “Report” zəhərlənənlərin hamısının “Ustay” şirkətinin işçiləri olduğu barədə məlumat yayıb. Yaxınlıqdakı zavodlarda qaz sızması hallarına rast gəlinməyib.

Reyting.az




Bölməyə aid digər xəbərlər
bütün xəbərlər