23:29 / 13-11-2025
Sevinc Osmanqızı Baş Prokurorluğa çağırılıb
22:57 / 13-11-2025
DÇ-2026: Azərbaycan yığması uduzub
22:23 / 13-11-2025
Prokurorlar Ermənistan vətəndaşlarına cəza istəyiblər
20:28 / 13-11-2025
Rusiya xanım politoloqu terrorçu elan edib
20:26 / 13-11-2025
Bəzi rayonlarda leysan yağacaq - Xəbərdarlıq
19:58 / 13-11-2025
Bakıda TDT ölkələrinin QHT-ləri həmrəylik forumu keçirəcək
18:03 / 13-11-2025
Növbəti müharibələr kosmosda başlayacaq - Xəbərdarlıq
18:00 / 13-11-2025
Ermənistan yeni silahlar alıb
17:43 / 13-11-2025
Nazim İbrahimovun qardaşının köhnə maşını hərracda satılacaq
17:22 / 13-11-2025
Millimizin iki üzvü futboldan uzaqlaşdırılıb
17:15 / 13-11-2025
Qaxın yeni icra başçısı kollektivə təqdim olunub
17:03 / 13-11-2025
Qıjı bitkisindən nadir mineral əldə edilib
16:56 / 13-11-2025
General müşavir vəzifəsində çalışacaq
16:53 / 13-11-2025
Hərbi prokurora köməkçi təyin olunub
16:36 / 13-11-2025
Vergi Məcəlləsi və "Gömrük tarifi haqqında" qanun dəyişib
16:25 / 13-11-2025
Ən çox şikayət olunan sığorta şirkətləri - Siyahı
16:06 / 13-11-2025
Epşteyn ruslara Tramp haqqında məlumat ötürüb
15:57 / 13-11-2025
Prezident İlham Əliyev Özbəkistan mediasına müsahbə verib
15:52 / 13-11-2025
Azyaşlılara aid pornovideolar satanlar tutulub
15:40 / 13-11-2025
Fuad Nəcəfli: "Bir canım var, o da bu vətənə qurban olsun"
15:36 / 13-11-2025
"Difai" komandası yarışlardan kənarlaşdırılıb
15:25 / 13-11-2025
Almaniyada Rusiyadan çox Polşanı təhlükə sayırlar
15:21 / 13-11-2025
Jurnalist Emin İbrahimov Türkiyədə qəzada ölüb
15:15 / 13-11-2025
22 minə yaxın şəxs qripə qarşı peyvənd olunub
15:04 / 13-11-2025
Ağdərəyə daha 11 ailə köçürülüb - Fotolar
14:53 / 13-11-2025
Bakıdakı şadlıq evində insanlara camış əti verilirmiş
14:38 / 13-11-2025
Prokuror: "İşgəncələrin Ermənistan dövlətinin siyasətini əks etdirdiyi sübut olunub"
14:16 / 13-11-2025
Zelenski: Onları xarabalıqlar naminə ölməyə məcbur etmirik
14:08 / 13-11-2025
PA rəhbəri yeni nümayəndəni kollektivə təqdim edib - Fotolar
16:17 / 10-11-2025
150 il yaşamaq reallığa çevrilir
18:00 / 10-11-2025
Çin illik orbital buraxılış rekordunu yeniləyib
23:52 / 08-11-2025
Bakıda Zəfər Günü münasibətilə konsert və atəşfəşanlıq olub
21:11 / 09-11-2025
Bərdədə nənə və nəvə dəm qazından ölüblər
16:24 / 09-11-2025
"Starlink" istifadəçilərinin sayı 8 milyonu keçib
16:53 / 12-11-2025
Təyyarə qəzasında həlak olan hərbçilər Türkiyə-Azərbaycan ittifaqının ilk şəhidləridir
09:47 / 11-11-2025
BMT qaçqın və köçkünlərlə bağlı həyəcan təbili çalır
00:50 / 12-11-2025
Qəzaya uğrayan Türkiyə hərbi təyyarəsinin bütün ekipaj üzvü həlak olub - (Yenilənib) - Fotolar
23:09 / 10-11-2025
Neftçala bazarında baş verən yanğın söndürülüb
12:45 / 11-11-2025
Ən uzun çayların yeni siyahısı tərtib olunub
10:00 / 09-11-2025
Prezident hərbi paradla bağlı paylaşım edib - Video
16:15 / 09-11-2025
Ən varlı ölkələr - Siyahı
ASC rəhbəri Müsavatla işbirliyinə dair ittihamlara münasibət bildirib
Tarix: 17-11-2019 13:40 | Bölmə: Cəmiyyət

Babək “Sirab” ASC-nin İdarə Heyətinin sədri Namiq Novruzov “Sirab” şirkətinin Müsavat Partiyası ilə işbirliyində ittiham olunmasına kəskin etirazını bildirib.
ASC-dən Reyting.az-a daxil olan açıqlamada N.Novruzov baş verənləri şirkətə qarşı çirkin kampaniya adlandırıb.
“Bildiyimiz kimi, bir müddət əvvəl özünü “müsavatçı mühacir jurnalist” kimi təqdim edən Laçın Məmişov tərəfindən “Müsavat Partiyasının sabiq başqanı İsa Qəmbər və indiki rəhbəri Arif Hacılının “Sirab” şirkəti tərəfindən maliyyələşdirilməsi” haqqında əsassız və yalan iddia ortaya atılmışdı. L. Məmişov özünü “jurnalist” adlandırmasına rəğmən, qeyri-peşəkar bir davranış sərgiləyərək, heç bir araşdırma və dəqiqləşdirmə aparmadan Babək “Sirab” ASC-yə məxsus “SİRAB” mineral sularının foto şəkillərini də öz yalan xəbərinə əlavə etməklə şirkətimizin imicinə yönəlik çirkin mahiyyətli xəbərlərin yayılmasına rəvac vermişdi. Hansı ki, ucuz sensasiya axtaran bəzi media qurumları üçün bu bir növ göydəndüşmə olmuş və yuxarıda qeyd olunan başlıqlı iftira bir sıra qeyri-populyar saytlarda yayımlanmışdı.
Babək “Sirab” ASC olaraq, məsələ ilə bağlı apardığımız araşdırma nəticəsində həmin məlumatın saxta və yalan olduğu ifşa edildi. Bəlli oldu ki, əslində söhbət Babək “Sirab” ASC-dən yox, Avropada qeydiyyatdan keçirilmiş və orada da fəaliyyət göstərən “Sirab Europa Gmbh” adlı bir daşımacılıq şirkətindən gedir. Təbii ki, bunu özünü “siyasi mühacir” adlandıran Laçın Məmişov da bilməmiş deyildi. Çünki onun sadəcə “Sirab şirkəti” ifadəsini işlətməsi, “SİRAB” suyunun da şəklini öz yalanına əlavə edərək, diqqətləri Babək “Sirab” ASC-yə yönəltməsini “texniki xəta” kimi dəyərləndirmək olduqca çətindir. Üstəlik, “jurnalist” olduğunu iddia edən bir adam bilməli idi ki, hər hansı bir qurumdan bəhs edirsə, çaşqınlıq yaratmamaq adına həmin təşkilatın adını tam şəkildə demək və ya yazmaq lazımdır. Lakin gördüyümüz kimi, həmin şəxs məhz qarayaxma və böhtan, çaşqınlıq yaratmaq yolunu seçib. Təbii ki, yalanın ömrü az olar və ölkənin 30-dan artıq nüfuzlu və sayğıdəyər qəzet və saytları tərəfindən əsl həqiqət yayımlandı, “Sirab”a atılan iftira ifşa edildi, cəmiyyətdə süni şəkildə yaradılmış çaşqınlığa son qoyuldu. Azərbaycan ictimaiyyətinə agah oldu ki, Avropada qeydiyyatdan keçmiş “Sirab Europa Gmbh” adlı daşımacılıqla məşğul olan bu şirkətin Naxçıvanda qeydiyyatdan keçmiş və ölkəmizdə “SİRAB” mineral sularının istehsalı və satışı sahəsində fəaliyyət göstərən Babək “Sirab” ASC ilə yaxından-uzaqdan heç bir əlaqəsi yoxdur.
Lakin bu günlərdə Yafəz Əkrəmoğlu adlı başqa bir “mühacir jurnalist” bu mövzunu yenidən gündəmə gətirib. Sosial şəbəkələrdə paylaşdığı statusunda “Almaniyada baş verən son hadisələrdən sonra Azərbaycanda ən çox maddi ziyan görən Arif Hacılı və Vasif Talıbovdur”,- fikrini səsləndirən, Babək “Sirab” ASC-nin adını da ziddiyyətli fikirlərlə dolu yazısında hallandıran bu adamın yazdıqlarını oxuduqdan sonra bir daha əmin olursan ki, bu adamlar Azərbaycanın beynəlxalq arenada gündən-günə güclənən imicini və nüfuzunu ləkələmək üçün nəinki dövlətimizə və onun rəhbərlərinə, Azərbaycan adını ləyaqətlə təmsil edən bütün insanlara və qurumlara, hətta siyasətlə bağlılığı olmayan özəl şirkətlərə belə çirkab atmağa hazırdırlar. Apardıqları çirkin anti-Azərbaycan və antimilli kampaniyalara Azərbaycan adını iyirmidən artıq ölkədə qürurla təmsil edən Babək “Sirab” ASC-nin də adını qarışdırmaqları göstərir ki, müxtəlif bəhanələrlə Azərbaycanı tərk edərək Qərb ölkələrində peyda olan və özlərini “siyasi mühacir” adlandıran Laçın Məmişov, Yafəz Əkrəmoğlu kimilərin əslində siyasi mühacirliklə heç bir əlaqəsi yoxdur. Onlar sadəcə öz “isti yerləri”ni daha da bərkitmək üçün bütün çirkin vasitələrdən istifadə etməyə, istənilən şəxsə və quruma çirkab atmağa hazırdırlar.
Bu kimi qarayaxmaların son zamanlar intensivləşməsini də təsadüfi saymaq olmaz. Ölkədə aparılan islahatlar və quruculuq işləri, iş adamları və sahibkarlara geniş dövlət dəstəyinin təmin olunması, eləcə də Naxçıvan Muxtar Respublikasının yüksək inkişafından narahat olan bu insanların ölkə gündəminə oturmuş “siyasi mühacir” qalmaqalında Babək “Sirab” ASC-nin adını hallandırmaları iftira və böhtandan, “Sirab” şirkətinə və onun kollektivinə qarşı “mənəvi terror”dan başqa bir şey deyil.
Babək “Sirab” ASC olaraq, qətiyyətlə bəyan edirik ki, “Sirab Europa Gmhb” adlı şirkətin “Sirab” şirkətinə zərrə qədər də aidiyyəti yoxdur. Həmçinin “Sirab” ASC-nin Azərbaycandan kənarda rəsmi və ya qeyri-rəsmi hər hansı filialı, nümayəndəliyi, törəmə şirkəti də yoxdur.
Hesab edirik ki, bu mövzunun təkrar-təkrar eyni şəxslər və media qurumları tərəfindən gündəmə gətirilməsi tək şirkətimizə deyil, eləcə də Azərbaycana yönəlik qərəzin və məkrli kampaniyanın tərkib hissəsidir.
Bu cür qeyri-dəqiq, iftira və böhtan dolu xəbəri yayan bəzi media quruluşlarının da bir müddət əvvəl təkzib vermələrinə rəğmən, yenidən bu mövzuya qayıtmaları sübut edir ki, onlar da adları çəkilən şəxslərin apardıqları çirkin qarayaxma kampaniyasının iştirakçıları və dəstəkçiləridir. Hesab edirik ki, müvafiq dövlət qurumları bu məsələyə diqqət yetirəcək, bu yöndə lazımi tədbirləri görəcəklər.
Avropada məskunlaşmış sözügedən bu qaragüruhçu qüvvələrlə eyni çirkin məqsəd və mərama xidmət edən “saytlar”ın bu qarayaxma kampaniyasında Naxçıvan Muxtar Respublikasının rəhbərliyinin adının hallandırılmasını, məsələyə qeyri-peşəkar yanaşaraq, KİV haqqında qanunun tələblərinə məhəl qoymadan birtərəfli qaydada xəbər yayınlamasını və nəticə etibarilə ictimaiyyətdə Muxtar Respublika Rəhbərliyi barəsində rəy formalaşdırmaq, şirkətimizə və markamıza yönəlik əsassız çaşqınlıq yaratmasını qətiyyətlə pisləyirik. Naxçıvan MR rəhbərliyinə və Babək “Sirab” ASC-yə, eləcə də “SİRAB” markasına yönəlik bu cür böhtan dolu informasiyanı yayan xəbər saytlarından əsassız yalanlarını düzəldərək təkzib vermələrini tələb edir, bir daha bu kimi hallara yol verəcəkləri təqdirdə hüquqi müstəvidə bütün zəruri addımları atacağımızı bəyan edirik”, - deyə Namiq Novruzov açıqlamasında bildirib.
Bölməyə aid digər xəbərlər

Bu gün, 20:26
Bəzi rayonlarda leysan yağacaq - Xəbərdarlıq
Bu gün, 17:03
Qıjı bitkisindən nadir mineral əldə edilib
Bu gün, 15:21
Jurnalist Emin İbrahimov Türkiyədə qəzada ölüb
Bu gün, 15:15
22 minə yaxın şəxs qripə qarşı peyvənd olunub
Bu gün, 13:08
Nazir: “Yüksək əməkhaqqı və 18 saat dərs yükü olacaq”
Bu gün, 12:10
Sabahın hava proqnozu açıqlanıb
Bu gün, 09:09
Mars haqqında yeni elmi məlumatlar əldə edilib - Fotolar
Dünən, 16:56
Rüfət Hacıyevə hökm oxunub, əmlakı müsadirə olunub
Dünən, 16:48
İş adamının bahalı avtomobillərinə həbs qoyulub
Dünən, 12:23
Sabahın hava proqnozu açıqlanıb
Dünən, 08:21
Süni intellektin məntiqi yaddaşdan güclüdür
Dünən, 07:32
Rus robotu ilk təqdimat zamanı yıxılıb
10-11-2025, 23:09
Neftçala bazarında baş verən yanğın söndürülüb
10-11-2025, 13:00
Sabah hava necə olacaq? - Proqnoz
9-11-2025, 14:18
Sabahın hava proqnozu açıqlanıb
7-11-2025, 17:38
"Bakı Metropoliteni" gücləndirilmiş iş rejiminə keçəcək
7-11-2025, 14:10
DOST mərkəzləri bayram günlərində fəaliyyət göstərməyəcək
7-11-2025, 14:04
Qumar oyunlarını reklam edən 17 nəfər saxlanılıb
7-11-2025, 12:08
Sabah hava necə olacaq? - Proqnoz
7-11-2025, 08:54
Yeni texnologiya: "Superağıl" süni intellekti üstələyəcək
7-11-2025, 07:42
Trampın bəyanatını eşidən şirkət rəhbəri huşunu itirib
6-11-2025, 17:29
Moskva məhkəməsi azərbaycanlı qardaşlara hökm oxuyub
6-11-2025, 17:16
Regional Təhsil İdarəsinin müdir müavini yeni vəzifəyə təyinat alıb
6-11-2025, 13:03
İmtahanlara müdaxilə edən şəxslərin cinayət işi məhkəməyə göndərilib
6-11-2025, 12:20
Sabah hava necə olacaq? - Proqnoz
6-11-2025, 11:36
Eldar Əzizov rəisi vəzifədən azad edib
6-11-2025, 11:13
Meyxanaçı Vahid Qədim sevgilisini bıçaqlayıb
6-11-2025, 08:29
Dünyada ən çox meşə sahəsinə malik ölkələr... - Siyahı
5-11-2025, 18:03
Bu gün Super Ay hadisəsi müşahidə olunur
5-11-2025, 17:52
"Baza otel spa" adlı otelin müdiri saxlanılıb
5-11-2025, 15:34
Qayıqda 2 tona yaxın kokain tutulub - Video
5-11-2025, 15:01
Beş il ərzində smartfonlar dövriyyədən çıxacaq
5-11-2025, 12:48
Sabah yağışlı hava olacaq - Proqnoz
5-11-2025, 12:44
Bakıda NATO kursu keçirilir
5-11-2025, 08:48
Fili tək əli ilə qaldıra bilən əzələ nümayiş etdirilib

Mikayıl Mikayılov deyir ki, festivalda nümayiş olunan tamaşa Azərbaycanla Meksika arasında teatr əlaqələrinin başlanğıcı sayıla bilər
ADP sədri ehtimal edir ki, “Tərtər işi” yaxşı araşdırılsa, onun da altından Mehdiyev və əlaltıları çıxacaq
Xalq artisti deyir ki, rəqqasların səhnə ömrü çox qısa olur. Bu az müddətdə uğur qazanmaq, əsl sənətkar kimi yetişmək üçün daha çox zəhmət çəkmək lazımıdır
Rus Dram Teatrının aktyoru deyir ki. bölgə teatrlarında diplomlu aktyor və rejissor tapmaq müşkül məsələdir
Qüdrət Həsənquliyevin fikrincə, Tramp görsə ki, Ukrayna qalib gəlir, Rusiyaya təkcə siyasi yox, hərbi dəstək də verəcək