Bu gün
Azərbaycan Yazıçılar Birliyi Katibliyinin növbəti toplantısı keçirilib.
Modern.azbirliyin saytına istinadən xəbər verir
ki, toplantıda gənc yazar Kəramət Qəşəm oğlu Nəcəfovun (Böyükçöl)
məsələsinə baxılıb.
Məlumatda
qeyd edilir ki, dəfələrlə xəbərdarlıq edilməsinə baxmayaraq, o, öz
yazılarında və müsahibələrində ədəbiyyatın klassiklərinə qarşı təhqiredici
münasibətini, çağdaş yazıçılara atmacalarını, öz yaşıdı yazarlara qarşı
aşağılayıcı fikirlərini davam etdirdiyinə görə AYB Nizamnaməsinin 6-cı maddəsinin
7-ci bəndinə uyğun olaraq Azərbaycan Yazıçılar Birliyi üzvlüyündən
kənarlaşdırılıb.
Digər
yazıçı Kənan Hacının isə AYB-yə yenidən üzvlüyü məsələsinə baxılıb.
Ərizəsinə əsasən onun bir müddət əvvəl istefa verdiyi AYB-yə üzvlüyü təmin
edilib.
|