13:01 / 18-10-2024
Sabah yağış yağacaq
Koronavirusdan qorunmaq üçün maska əvəzləyicisi tapıldı
Tarix: 11-04-2020 13:28 | Bölmə: Cəmiyyət
Koronavirusdan qorunmaq üçün maska əvəzləyicisi tapıldı

Koronavirusdan qorunmanın yeni bir yolu - üz üçün plastik ekranlar Rusiyada daha da populyarlıq qazanır.

Reyting.az
Rusiya KİV-nə istinadla bildirir ki, onun effektliyini tibb elmləri doktoru, immunoloq-allerqoloq Andrey Prodeus qiymətləndirib.

“Bu qoruyucuların rusiyalılarda gözlənilməz populyarlığı adi tibbi maskaların əldə olunmasındakı çətinliklərə bağlıdır”, - məlumatda vurğulanır.

Qoruyucu ekranları satanlar iddia edirlər ki, bu kimi fərdi qoruyucu vasitələr virus infeksiyasının qarşısını ala bilər.

Andrey Prodeusun fikrincə, bu cür ekranlar virusdan 100 faiz qorumasa da, hər hansı digər bağlayıcı qorunma elementi kimi, infeksiya riskini azalda bilər.

“Əgər əllərinizlə üzünüzə toxunursanızsa, bir an infeksiyaya yoluxmaq mümkündür. Gözlərin selikli qişası viruslar, həm də koronavirus üçün giriş qapısıdır”, - həkim qeyd edib.

Mütəxəssislər bir daha qeyd edirlər ki, koronavirusa yoluxmamağın ən təsirli yolu özünü təcrid etmək və evdə qalmaqdır.




Bölməyə aid digər xəbərlər
Bu gün, 13:01 Sabah yağış yağacaq
Dünən, 12:42 Sabah yağış yağacaq
16-10-2024, 15:56 Kür çayında su artıb
15-10-2024, 12:56 Sabah yağış yağacaq
14-10-2024, 13:03 Sabah leysan yağacaq

{sape_links}{sape_article}