13:01 / 18-10-2024
Sabah yağış yağacaq
Masallıda karantini pozan sərxoş kişi və qadın saxlanılıb
Tarix: 11-04-2020 14:33 | Bölmə: Cəmiyyət
Masallıda karantini pozan sərxoş kişi və qadın saxlanılıb

Masallı Rayon Polis Şöbəsinin (RPŞ) əməkdaşları tərəfindən xüsusi karantin rejiminin tələblərinin yoxlanılması zamanı rayon ərazisində Cəlilabad sakini olan Nahid Məmişov idarə etdiyi “Qazel” markalı yük avtomobili ilə saxlanılıb.

Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Lənkəran regional qrupundan Reyting.az-a verilən məlumata görə, onun karantin qaydalarını pozduğu, həmçinin sərxoş vəziyyətdə sükan arxasında olduğu müəyyən edilib.

Avtomobilin şöbənin duracağına yerləşdirilməsi zərurətinin yarandığını gördükdə isə sürücünün yanında sərnişin qismində olan Cəlilabad rayon sakini, spirtli içki qəbul etmiş və karantin qaydalarını pozan qadın polis əməkdaşlarının qanuni tələblərini icra etməyərək öz qanunsuz əməllərini davam etdirib.

Hər iki şəxs saxlanılaraq Masallı RPŞ-yə gətirilib.

Həmin şəxslər barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin müvafiq maddələri ilə protokol tərtib edilərək baxılması üçün Masallı Rayon Məhkəməsinə göndərilib.




Bölməyə aid digər xəbərlər
Bu gün, 13:01 Sabah yağış yağacaq
Dünən, 12:42 Sabah yağış yağacaq
16-10-2024, 15:56 Kür çayında su artıb
15-10-2024, 12:56 Sabah yağış yağacaq
14-10-2024, 13:03 Sabah leysan yağacaq

{sape_links}{sape_article}