13:01 / 18-10-2024
Sabah yağış yağacaq
General Ramiz Zeynalova yeni müavin təyin olundu - Nazir DYP-də dəyişiklik etdi
Tarix: 11-04-2020 15:14 | Bölmə: Cəmiyyət
General Ramiz Zeynalova yeni müavin təyin olundu - Nazir DYP-də dəyişiklik etdi

Daxili İşlər naziri, general-polkovnik Vilayət Eyvazov Baş Dövlət Yol Polisi İdarəsinin rəisi, polis general-mayoru Ramiz Zeynalova yeni müavin təyin edib. 

Reyting.az
Unikal.org-a istinadla xəbər verir ki, V. Eyvazovun müvafiq əmri ilə polis polkovniki Fuad Mayılov DİN Baş DYP İdarəsinin rəis müavini, YPX Alayının komandiri təyin edilib.

Qeyd edək ki, F. Mayılov bu vəzifəyə qədər Sumqayıt Qeydiyyat-İmtahan və Texniki Baxış Şöbəsinin (“MERO”) rəisi olub. Mayılov bundan əvvəl isə "Ekologiya postu"nun rəisi idi.

Nazirin digər əmri ilə Mais Əhmədov Sumqayıt Qeydiyyat İmtahan və Texniki Baxış Şöbəsinin rəisi təyin olunub. 

M. Əhmədəov bu təyinata qədər Baş Dövlət Yol Polisi İdarəsi qeydiyyat imtahan və texniki baxış şöbəsində çalışıb.




Bölməyə aid digər xəbərlər
Bu gün, 13:01 Sabah yağış yağacaq
Dünən, 12:42 Sabah yağış yağacaq
16-10-2024, 15:56 Kür çayında su artıb
15-10-2024, 12:56 Sabah yağış yağacaq
14-10-2024, 13:03 Sabah leysan yağacaq

{sape_links}{sape_article}