“Fərhad Əliyev Azərbaycanda inqilab hazırlayır”
Tarix: 06-02-2016 11:00 | Bölmə: Cəmiyyət


Sabiq iqtisadi inkişaf naziri Fərhad Əliyev 2013-cü ilin payızında türmədən çıxdıqdan sonra Azərbaycanı tərk etdi. O, prezident İ.Əliyevin həmin ilin noyabrında Qurban bayramı ərəfəsində imzaladığı əfv sərəncamı ilə azadlığa çıxdıqdan az sonra xaricə köçdü. Onun Almaniyadan siyasi sığınacaq alıb Londona yerləşdiyi, hazırda qardaşı Rafiq Əliyevlə Böyük Britaniyada yaşadığı deyilir.

Yalnız bir il əvvəl qardaşı Sudeif Əliyevin qəfil vəfatından sonra qısa müddətə Azərbaycana gələƏliyev qardaşlarından bundan sonra heç bir xəbəçıxmayıb. Sanki Fərhad Əliyev gizli fəaliyyətə keçib. Görünən budur ki, F.Əliyev adının siyasi və mətbu dairələrdə hallanmasını qətiyyən istəmir.

Lakin onun son fəaliyyəti barədə musavat.com-a maraqlı məlumatlar daxil olub. Həmin məlumatlarda iddia olunur ki, Fərhad Əliyev bir müddətdir ki, Türkiyəyə köçüb. Onun biznesinin əhəmiyyətli hissəsini qardaş ölkəyə köçürdüyü də gələn məlumatlar sırasındadır.

Reyting.az bildirir ki, musavat.com-a daxil olan məlumata görə, keçmiş nazir hazırda Türkiyədə Ərdoğan iqtidarının himayəsi altındadır.

Sayt iddia edir ki, R.T.Ərdoğanla F.Əliyevin münasibətləri çox əvvələ gedib çıxır. Ərdoğan illər öncə siyasi nədənlərlə həbsdə yatarkən Azərbaycandan onu yüksək ranqlı məmur qismində Fərhad Əliyev ziyarət etmişdi. Həmçinin ailəsinə, yaxın çevrəsinə ciddi maddi dəstək verdiyinə dair hələ o vaxtlar iddialar dolaşırdı. Şübhəsiz, onun jesti özfəaliyyət ola bilməzdi. Görünür, o zamankı Azərbaycan iqtidarı uzaqgörənlik nümayiş etdirərək Türkiyə Cümhuriyyətinin yaxın zamanlarda iqtidarı olacaq bir siyasi qüvvənin liderinə ən ağır zamanında jest edib. F.Əliyev illər öncə etdiyi bu addımın bəhrəsini özü türmədə olarkən də gördü. İddialara görə, Fərhad Əliyevlə qardaşının həbsdən əfvlə çıxmasında AKP iqtidarının da israrlı xahişlərinin rolu olub.

Burda bir haşiyə çıxaraq bildirilir ki, F.Əliyev həbsə yeni düşən vaxtlarda R.T.Ərdoğandan israrla yardım istəyib: "O, həmin vaxtlar Türkiyə Cümhuriyyətinin baş naziri olan Ərdoğana ismarış yollayaraq onu türmədən azad etdirməsini xahiş etmişdi. 2005-2006-cı illərdə F.Əliyevə Azərbaycan iqtidarının qəzəbinin miqyası ölçüyəgəlməz olduğundan Ərdoğan tərəfindən bu təşəbbüs ya heç göstərilməyib, ya da rəsmi Bakı Ankaradan gələn xahişləri qulaqardına vurub. Yaxın keçmişdə buna bənzər daha bir nümunə olub. Fransa prezidenti ötən il həmkarı İlham Əliyevlə görüşdə ondan Leyla Yunusu azad etməsini xahiş etmişdi. Lakin İ.Əliyev fransalı həmkarının sözünü yerə salmalı olmuşdu. Sonradan Arif və Leyla Yunuslar hakimiyyətin əfvinə düşərək azad edildilər...

Belə çıxır ki, F.Əliyev təxminən 15 il öncəki puanlarını (xallarını) indi istifadə edir: o, Ərdoğan iqtidarının himayəsinə sığınaraq Türkiyəyə köçüb, orda özünə geniş biznes imkanları yaradıb. Əslində Türkiyə iqtidarının baxış açısından burada qəbahətli bir şey yoxdur. Qardaş Azərbaycandan zəngin bir şəxs (Əliyev qardaşlarının 1 milyard dollara yaxın vəsaiti olmasi təxmin edilir) Türkiyədə iş qurmaq, yeni iş yerləri açmaq istəyir. Üstəlik, həmin adam zamanında Türkiyənin indiki prezidenti ilə müəyyən dostluq münasibətlərində olub. Belə birisinəniyə "yox” deyilsin ki? Həm də, Fərhad Əliyev artıq Azərbaycan prezidentinin də əfvini qazanmış birisidir”.

Sayt yazır ki, gələn məlumatlarda bir başqa istiqamət də var. Belə məlum olur ki, Əliyev qardaşları başlarına gələndən dərs almayıb və Türkiyəyə yalnız uyğun biznes məkanı olaraq gəlməyiblər: "Fərhad Əliyev bütün işlərini qaydasına qoyduqdan sonra içindəki hakimiyyət eşqini yenidən sərbəst buraxıb.

Hər kəsəməlumdur ki, Əliyev qardaşları 2005-ci ilin oktyabrında Azərbaycana qarşı həyata keçirilən beynəlxalq avantüranın əsas aktyorları olublar. Fərhad Əliyev İlham Əliyevin saray çevrilişi vasitəsilə iqtidardan getməsi ssenarisində yer alıb. O zaman dəbdə olan "məxməri inqilab” vasitəsilə, müxalifətin də dəstəyi və iştirakı ilə ölkənin prezidenti olmağı hədəfləmişdi. Hakimiyyət içərisindən də kifayət qədər dəstək alan, bir sıra nazirləri də plana daxil edən Fərhad Əliyevin müxalifətin o zamanlar üçün çox effektli komponenti olan AXCP-dən də tam dəstəyi var idi. O, hakimiyyətdə təmsil olunduğu müddətdə siyasi rəhbərliyin tapşırığı və razılığı ilə AXCP-nin Əli Kərimli qanadına gizli şəkildə maliyyə dəstəyi verib, onun Elçibəylə İsa Qəmbərin arasına girməsi, bu iki liderin bir araya gəlməməsi layihəsində böyüməsini, güclənməsini təmin etmişdi...

2005-ci ildə Fərhad Əliyev bu köhnə kommunikasıyanı sırf özünə çalışdırmağa başlamışdı - öz komandasına və prezidentinə xəyanət yolu tutaraq, beynəlxalq avantürada yer almışdı...

Plan pozuldu, İlham Əliyev ölkəsini və iqtidarını beynəlxalq avantüradan qoruya bildi; bir neçə nazir həbs olundu, onların da içərisində "məxməri inqilabın nisgilli prezidenti” Fərhad Əliyev...”

Sayt daha sonra iddia edir ki, F.Əliyev həbsdə olduğu müddətdə də müxalifətlə, xüsusilə AXCP ilə əlaqəsini kəsməyib: "Professor Cəmil Həsənli vasitəsilə (hazırda Rusiya yapımlı Milli Şuranın sədridir) siyasətdə öz gələcək iddialarını qoruyan Fərhad Əliyev içindəki ən böyük arzusuna - Azərbaycan prezidenti olmaq - yenidən start verib.

9 il türməyatan, xeyli mal-mülkünü, üstəlik, vəzifəsini itirən F.Əliyev, görünür, 1-ci post sevdasından heç cür əl çəkəbilmir. Ondakı iqtidar hərisliyi, mənəm-mənəmlik hissi özünü daim büruzə verib. Hələ 2005-ci ilin yazında televiziyadan pafoslu bəyanat verərək demişdi ki, onu xalq seçib, xalqa xidmət edir və s. Sonradan nazir həmkarlarından biri onu başa salmağa çalışmışdı ki, nazir vəzifəsi təyinatla olur, ona görədə xalqın adından danışmaq hüququn yoxdu. Lakin həmin dövrdə F.Əliyev o qədər siyasi sürət götürmüşdü ki, bu cür tövsiyələri eşitməyəcək haldaydı. Bir yandan da ABŞ-ın bəzi diplomatları onu qaza gətirirdilər. Görüşlərdə "Azərbaycanın yaxın zamanlardakı prezidenti sizsiniz, cənab Əliyev” deyərək gənc nazirimizi yerindən-yurdundan edirdilər. Düzdür, Azərbaycanın prezidenti Əliyev oldu, amma o soyadın önündəki isim Fərhad olmadı...”.

İddialar və məlumatlara əsasən sayr yazır ki,Azərbaycanda və regionda gedən proseslər sabiq naziri yenidən şirnikləndirib. F.Əliyev Bakıdakı müttəfiqləri ilə əlaqələri intensivləşdirib. Onun qədim müttəfiqi də çoxlarının bildiyi kimi, Milli Şuranın sədri Cəmil Həsənlidir. F.Əliyev cəza evində yatarkən C.Həsənli onun hüquqlarının müdafiəsi komitəsinin sədri olub. Onların arasında həmkəndlilik və qohumluq əlaqələri də var.

 


Sayt daha sonra yazır: "F.Əliyev C.Həsənli üzərindən hazırda dağınıq və perspektivsiz durumda olan müxalifətlə - konkret yazsaq, AXCP ilə də iş aparır. Bu gizli ittifaqın Azərbaycanda qarışıqlıq yaratmaq, hazırkı iqtisadi vəziyyətin yaratdığı sosial gərginliyi siyasi xaosa çevirmək planlarının olduğu də istisna edilmir.

İstisna edilməyən bir şey də odur ki, Milli Şura rəhbərliyi vaxtaşırı Fərhad Əliyevdən babat maliyyə dəstəyi alır. Söhbət bir neçə on min dollardan gedir. Düzdür, bu pulla inqilab etmək mümkün deyil, amma Cəmil Həsənli ilə Əli Kərimlinin əla yaşamasına, sıxıntısız həyat sürətmələrinə bəs edəcək qədərdir”.

 

 





Bölməyə aid digər xəbərlər
{sape_links}{sape_article}