1655 obyektdə zəruri sosial davranış qaydaları və sanitar-epidemioloji tələblər pozulub
Tarix: 05-06-2020 16:14 | Bölmə: Cəmiyyət
1655 obyektdə zəruri sosial davranış qaydaları və sanitar-epidemioloji tələblər pozulub

Mayın 22-dən iyunun 4-dək 3 535 sahibkarlıq subyektində monitorinq keçirilib və 1 655 obyektdə zəruri sosial davranış qaydaları və sanitar-epidemioloji tələblərin pozulması halları aşkarlanıb.

İqtisadiyyat Nazirliyindən Reyting.az-a verilən məlumata görə, iyunun 4-də keçirilən növbəti monitorinqlərdə Suraxanı rayonunda “Fəqan” mağazasında, “Kafe çayka” ictimai iaşə obyektində, Xəzər rayonunda Arzuman İsgəndorova məxsus “Avto ehtiyat hissələri” mağazasında, Quba rayonunda "Grand Market”də, "İnşaat Aksesuarları" mağazasında, "Dokta-2019" aptekində, "Yüksəl" restoranında, Ağcabədi rayonunda “Unversam”, “FM İnşaat” mağazalarında, “Market” pərakəndə ticarət obyektində, “Dönər” ictimai iaşə obyektində, Oğuz rayonunda “Kafe-Çay evi” ictimai iaşə obyektində, “Aytən” gözəllik salonunda, İsmayıl İsmayılova məxsus ət dükanında, Tərtər rayonunda “Oba Market”də, Sahib Quliyevə məxsus “Bərbərxana”da, Goranboy rayonunda “El Market”də, Bokt MMC-yə məxsus “Asel kredit”də, Cəlilabad rayonunda “İnşaat malları mağazası”nda, “Rəmzi market”də, “Aptek Dokta”da, İsmayıllı rayonunda “Aptek Zeytun 8”də, “Gəncə Çörək sexi”ndə və s. ticarət və xidmət obyektlərində ümumilikdə, monitorinq aparılan 377 obyektin 150-də zəruri sosial davranış qaydalarına və sanitar-epidemioloji tələblərə əməl olunmaması hallarına rast gəlinib.

Monitorinqlər zamanı sahibkarlarla maarifləndirici söhbətlər aparılıb, Azərbaycan Respublikası Nazirlər Kabinetinin qərarları ilə müəyyən olunmuş xüsusi karantin qaydalarına, Nazirlər Kabineti yanında Operativ Qərargahın müəyyənləşdirdiyi zəruri sosial davranış qaydalarına və sanitar-epidemioloji tələblərə tam əməl olunması, qabaqlayıcı profilaktik tədbirlərin görülməsi zərurəti bir daha diqqətə çatdırılıb.

1 / 5




Bölməyə aid digər xəbərlər
Dünən, 12:39 Sabah yağış yağacaq

bütün xəbərlər