09:03 / 28-11-2024
Kosmik raket partlayıb - Video
Peşə, orta ixtisas və ali təhsil müəssisələrinə pulsuz lisenziyalar veriləcək
Tarix: 16-06-2020 11:01 | Bölmə: Cəmiyyət
Peşə, orta ixtisas və ali təhsil müəssisələrinə pulsuz lisenziyalar veriləcək

Azərbaycanda dövlət peşə təhsili, orta ixtisas və ali təhsil müəssisələrinə lisenziyaların verilməsinə görə dövlət rüsumunun tutulmaması təklif edilir.

Bununla bağlı “Dövlət rüsumu haqqında” qanun 22.0.5.3, 22.0.5.4 və 22.0.5.5-ci bəndlərinə dəyişiklik olunur.

Dəyişiklliklə, dövlət peşə təhsili, orta ixtisas və ali təhsil müəssisələrinə lisenziyaların verilməsinə görə dövlət rüsumu tutulmayacaq.

Qeyd edək ki, hazırda peşə təhsili müəssisələrinə lisenziyaların verilməsinə görə 2 min manat, orta ixtisas təhsili müəssisələrinə lisenziyaların verilməsinə görə 2 min manat, ali təhsil müəssisələrinə lisenziyaların verilməsinə görə 13 750 manat dövlət rüsumu tutulur. Qanunvericiliyə dəyişiklik yalnız dövlət təhsil müəssisələrinə aiddir.




Bölməyə aid digər xəbərlər
Dünən, 12:39 Sabah yağış yağacaq

bütün xəbərlər