14:26 / 30-06-2025
Sabiq nazir təltif edilib
Bakıda növbəti dəfə dezinfeksiya işləri aparılacaq
Tarix: 27-11-2020 12:46 | Bölmə: Cəmiyyət
Bakıda növbəti dəfə dezinfeksiya işləri aparılacaq

Son günlərdə Covid-19-a yoluxanlarının sayında kəskin artımın olması nəzərə alınaraq noyabr ayının 28-də kommunal xidmətlərin xüsusi texnikası və əməkdaşları tərəfindən Bakı şəhəri üzrə əsas küçə, prospekt və yollarda xüsusi kimyəvi maddələrlə növbəti dəfə əlavə gücləndirilmiş dezinfeksiya işləri aparılacaqdır.

Paytaxtın kommunal strukturlarından Reyting.az-a verilən məlumata görə, bununla əlaqədar maddələrin qəbul olunmuş müəyyən toksikliyini nəzərə alaraq sakinlərdən ciddi zərurət yaranmadığı təqdirdə qeyd olunan tarixlərdə küçəyə çıxmamaq xahiş olunur.




Bölməyə aid digər xəbərlər