12:47 / 10-10-2024
Sabah yağış yağacaq
Nazirlər Kabinetinin şöbə müdirləri işdən çıxarılıb – Dəyişiklik
Tarix: 30-08-2017 12:07 | Bölmə: Cəmiyyət
Nazirlər Kabinetinin şöbə müdirləri işdən çıxarılıb

Nazirlər Kabinetinin aparatında struktur dəyişikliyi edilib.

Dəyişiklik nəticəsində 8 şöbə müdiri işdən çıxarılıb. Bundan əlavə, digər bölmələrdə də ixtisarlar olunub.

Reyting.az-ın xəbərinə gğrə, Nazirlər Kabinetinin Mətbuat Xidmətinin rəhbəri Akif Əli “Qafqazinfo”ya açıqlamasında dəqiq rəqəm söyləməsə də, dəyişikliklərin prezident İlham Əliyevin 23 avqustda verdiyi fərman əsasında aparıldığını bildirib:

"Fərmanda qeyd olunur ki, aparatın yeni ştat cədvəli 1 ay müddətinə tərtib olunmalıdır. Ştat sayı isə 200 nəfər olmalıdır. Ona görə də cənab prezidentin fərmanının icrasını təmin etmək məqsədilə Nazirlər Kabinetinin strukturunda yeniləşmələr gedir. Proses hələ ki, gedir, ancaq başa çatmayıb. Buna uyğun olaraq da işdən çıxarılanlar mütləq olacaq.

Həmçinin, şöbələrin adları da dəyişdirilir, bir qismi birləşdirilir. Yalnız Mətbuat Xidməti şöbəsinin adında dəyişiklik edilməyib. Çünki cənab prezident mətbuatın dostudur”.




Bölməyə aid digər xəbərlər
Bu gün, 12:47 Sabah yağış yağacaq
8-10-2024, 12:35 Sabah yağış yağacaq

{sape_links}{sape_article}