Bakının dörd qəsəbəsinə metro xətti çəkiləcək
Keçmiş səfir: ...İrana hücum məsələsi ciddidir - Müsahibə
Vensin səfəri Güney Qafqaza nə vəd edir?
Prezident iki nazir müavini təyin edib - Fotolar
İran mühasirəyə alınır, tezliklə zərbə endirə bilərlər
Cəbrayıla növbəti köç karvanı gedib - (Yenilənib)
Nazir müavinlərinin sayı artırılıb
Buraxılış imtahanında yeni model tətbiq ediləcək
Vensin Bakı və İrəvana gəlməkdə məqsədi nədir?
Çinin 48 hərbi nəqliyyat təyyarəsi İrana silah daşıyır
Cəlaloğlu: İran dünya güclərinin hədəfində qalacaq
Xocalıya növbəti köç karvanları gedib - (Yenilənib) - Fotolar
Tarix: 15-11-2015 17:54 | Bölmə: Cəmiyyət

Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin (SOCAR) ekologiya idarəsi iş planına uyğun olaraq, "Azneft” İstehsalat Birliyinin neft-qaz yataqlarında mövsümi ekoloji monitorinqi başa çatdırıb. Cari ildə sonuncu ekoloji monitorinq noyabrın birinci ongünlüyündə "Məmməd Süleymanov” elmi-tədqiqat gəmisi vasitəsilə "28 May” neft və qazçıxarma idarəsinin "Günəşli” yatağında aparılıb.
Reyting.az saytı AZƏRTAC-a istinadən bildirir ki, ekoloji monitorinqin yerinə yetirilməsi üçün layihə hazırlanıb, yataqlarda mövcud ekoloji vəziyyətin öyrənilməsi və qiymətləndirilməsi məqsədilə bütün zəruri indikatorlar layihəyə daxil edilib.
"Günəşli” yatağında aparılan ekoloji monitorinqə uyğun olaraq yataq ərazisində seçilmiş stansiyalarda dəniz dibindən dib çöküntüləri, bentos, mikrobioloji, fitoplankton, zooplankton nümunələri götürülərək qablaşdırılıb. Hidrobioloji tədqiqatlar üçün canlı orqanizmlər formalin məhlulu ilə fiksasiya edilib. Dənizin 3 qatından (alt, orta, üst) 90-160 metr dərinliklərdən götürülmüş su nümunələrinin fiziki-kimyəvi parametrləri təyin olunub. Monitorinq zamanı su axınları, havanın keyfiyyəti, səs-küy və digər parametrlər mobil cihazlarla təyin edilib, qeydlər aparılıb. Götürülmüş nümunələr, dib çöküntüsü və suyun kimyəvi, fiziki-kimyəvi, hidro və mikrobioloji analizlərinin aparılması üçün ekologiya idarəsinin kompleks tədqiqatlar laboratoriyasına təhvil verilib. İlin sonuna qədər monitorinqin nəticələrinin təhlili, əvvəlki monitorinq göstəriciləri ilə müqayisəsi və yataqda ekoloji vəziyyət haqqında hesabatın hazırlanması nəzərdə tutulur.
Ekoloji monitorinqin və laboratoriya tədqiqatlarının aparılmasında məqsəd dəniz ekosisteminə təsir edə biləcək çirklənmənin illər üzrə dəyişmə dinamikasının elmi əsaslandırılan təhlili və müəyyən edilmiş nəticələrdən gələcək fəaliyyətin planlaşdırılmasında istifadə edilməsidir.
Bölməyə aid digər xəbərlər
















“Qarabağ”ın baş məşqçisi deyir ki, "Ayntraxt"la qarşılaşmada baxımlı oyun nümayiş etdirməyə çalışacaqlar
ADP sədri deyir ki, hələlik İranda baş verən proseslərin inkişafı xarici güclərin, xüsusilə ABŞ-ın mövqeyindən, həmçinin Türkiyə və Azərbaycanın bu məsələdə milli maraqlarını nə dərəcədə ön plana çəkməsindən asılı olacaq
Rejissor və aktyor deyir ki, yeni fəaliyyətə başlayan teatrda tamaşaçını pasiyent əvəz edəcək
Mikayıl Mikayılov deyir ki, festivalda nümayiş olunan tamaşa Azərbaycanla Meksika arasında teatr əlaqələrinin başlanğıcı sayıla bilər