20:08 / 23-11-2024
"Qarabağ" qalib gəlib
12:30 / 23-11-2024
Azərbaycanda zəlzələ olub
Uşaq bağçasının əməkdaşları cəzalandırılıb - Foto
Tarix: 23-06-2018 13:57 | Bölmə: Cəmiyyət
Uşaq bağçasının əməkdaşları cəzalandırılıb

Gəncə şəhərində yerləşən 31 saylı uşaq bağçasında körpənin xəsarət almasına görə iki nəfər işdən çıxarılıb, bağça müdirinə töhmət verilib.

Bunu Gəncə Şəhər İcra Hakimiyyətindən bildiriblər. Məlumata görə, bağçanın tərbiyəçisi İsmayılova Gülnarə Qəzənfər qızı və sanitar dayəsi Zeynalova Solmaz Hüseyn qızı işdə yol verdikləri səhlənkarlığa görə Əmək Məcəlləsinin 72.e bəndinə əsasən işdən çıxarılıblar.

Bağçanın müdiri Günay İsmayılovaya töhmət verilib.

Uşaq bağçasının əməkdaşları cəzalandırılıb

Məlumata görə, bağçanın böyük tibb bacısı uşağa ilk yardım göstərərək dərhal zədələmiş yerə perekslə kompres qoyub. Daha sonra körpə xəstəxanaya aparılaraq ilkin tibbi yardım göstərilib, körpənin yarası yüngül olduğu üçün evə buraxılıb.

Qeyd edək ki, sosial şəbəkədə Gəncə şəhərində yerləşən 31 saylı uşaq bağçasında Mustafazadə Sara adlı körpənin üzünə dağ basılması ilə bağlı məlumat yayılıb və şəkillər paylaşılıb. Bağça rəhbərliyi uşağın üzünə dağ basılması iddiasını təkzib edərək, uşağın üzünü digər bağça yoldaşı Hüseyn Əliyevin dişlədiyini bildirib.(Report)




Bölməyə aid digər xəbərlər
19-11-2024, 12:53 Sabah yağış yağacaq
18-11-2024, 12:54 Sabah yağış yağacaq

bütün xəbərlər