Zelenski Moskvada Putinlə görüşü istisna edib
Tarix: 30-01-2026 13:20 | Bölmə: Siyasət

Zelenski Moskvada Putinlə görüşü istisna edib

Ukrayna prezidenti Vladimir Zelenski Rusiya prezidenti Vladimir Putinlə Moskvada görüşünün mümkün olmadığını deyib.

Reyting.az xəbər verir ki, Zelenski bunu jurnalistlərlə görüşündə bildirib.

“Əlbəttə ki, mənim üçün Moskvada Putinlə görüşmək mümkün deyil. Bu, Kiyevdə Putinlə görüşməklə eynidir. Mən onu Kiyevə dəvət edə bilərəm; qoy gəlsin. Əlbəttə ki, əgər qərar verərsə, mən onu açıq şəkildə dəvət edirəm”, - deyə Ukrayna prezidenti qeyd edib.

Onun sözlərinə görə, Ukrayna “müharibənin real sonu” və “məhsuldar ola biləcək görüş” barədə “konstruktiv şəkildə razılığa gəlmək” istəyir.

“Amma kimsə görüşmək istəmirsə, nədənsə bunu birbaşa deyə bilmirsə, onda Moskvaya bu dəvətnamələr göndərilir”, - deyə Zelenski izah edib.

Prezident həmçinin qeyd edib ki, liderlər səviyyəsində görüşdə danışıqlar qruplarının mandatı olmayan məsələlər, xüsusən də ərazilərlə bağlı məsələlər həll olunmalıdır. O, həmçinin Əbu-Dabidəki Rusiya nümayəndə heyətinin tərkibinin əvvəlki raundlarla müqayisədə “daha yüksək” olduğunu düşündüyünü qeyd edib.

Xatırladaq ki, bundan əvvəl Kreml bəyan edib ki, Zelenski ilə Putin arasında danışıqlara razıdır və bu görüş Moskvada baş tuta bilər.

E. KAMAL





Bölməyə aid digər xəbərlər