İsti hava şəraiti ilə bağlı xəbərdarlıq edilib
Tarix: 03-07-2018 15:03 | Bölmə: Cəmiyyət
İsti hava şəraiti ilə bağlı xəbərdarlıq edilib

Milli Hidrometeorologiya Departamenti hava şəraiti ilə bağlı əhaliyə xəbərdarlıq edib.

Xəbərdarlıqda bildirilir ki, bu gün ölkə ərazisində anomal isti hava şəraiti davam edir:

"Anomal isti hava şəraiti ilə bağlı günorta saatlarında 11:00-17:00-dək günəş şüalarının birbaşa təsiri altında uzun müddət olmaq risklidir, günəş şüalarından qorunmaq üçün mümkün vasitələrdən istifadəni tövsiyə edirik".

Qeyd olunub ki, anomal isti hava şəraiti iyulun 4-də də davam edəcək. Havanın maksimal temperaturu Bakıda və Abşeron yarımadasında 39-41, Mərkəzi Aran və Naxçıvan MR-nın bəzi yerlərində 40-44, dağlıq rayonlarda isə 27-32 dərəcə isti təşkil edəcək.

Reyting.az




Bölməyə aid digər xəbərlər
22-04-2024, 12:29 Sabah yağış yağacaq

{sape_links}{sape_article}