20:08 / 23-11-2024
"Qarabağ" qalib gəlib
12:30 / 23-11-2024
Azərbaycanda zəlzələ olub
Ömürlük müavinətin təyin olunma qaydaları dəyişir - Qərar
Tarix: 18-07-2018 10:59 | Bölmə: Cəmiyyət
Ömürlük müavinətin təyin olunma qaydaları dəyişir

Baş nazir Novruz Məmmədov "Pensiya yaşına çatmasına, əlilliyinə və ya sağlamlıq imkanlarının məhdudluğuna görə könüllü işdən çıxmış, dövlət qulluğunda xidmət illərinin minimum həddinə və əmək pensiyası almaq hüququna malik olmayan dövlət qulluqçularına təyin edilən ömürlük müavinətin təyin olunması Qaydası”nda dəyişiklik edib.

Qaydalarda aşağıdakı dəyişikliklər edilib:

1. Adında, preambulasında və 1-ci hissədə "qulluğunda xidmət illərinin minimum həddinə” sözləri "qulluğu vəzifəsində "Dövlət qulluğu haqqında” Azərbaycan Respublikası Qanununun 23.2-ci maddəsi ilə müəyyən edilmiş minimum qulluq stajına” sözləri ilə əvəz edilsin.

2. Həmin qərarla təsdiq edilmiş "Pensiya yaşına çatmasına, əlilliyinə və ya sağlamlıq imkanlarının məhdudluğuna görə könüllü işdən çıxmış, dövlət qulluğunda xidmət illərinin minimum həddinə və əmək pensiyası almaq hüququna malik olmayan dövlət qulluqçularına təyin edilən ömürlük müavinətin təyin olunması Qaydası” üzrə: 2.1. adında və 1-ci hissədə (hər iki halda) "qulluğunda xidmət illərinin minimum həddinə” sözləri "qulluğu vəzifəsində "Dövlət qulluğu haqqında” Azərbaycan Respublikası Qanununun 23.2-ci maddəsi ilə müəyyən edilmiş minimum qulluq stajına” sözləri ilə əvəz edilsin;

2.2. 2-ci hissədə "qulluğunda xidmət illərinin minimum həddinə (5 il)” sözləri "qulluğu vəzifəsində "Dövlət qulluğu haqqında” Azərbaycan Respublikası Qanununun 23.2-ci maddəsi ilə müəyyən edilmiş minimum qulluq stajına” sözləri ilə əvəz edilsin.




Bölməyə aid digər xəbərlər
19-11-2024, 12:53 Sabah yağış yağacaq
18-11-2024, 12:54 Sabah yağış yağacaq

bütün xəbərlər