20:08 / 23-11-2024
"Qarabağ" qalib gəlib
12:30 / 23-11-2024
Azərbaycanda zəlzələ olub
Tibb Universitetində təhsil haqları artırılıb - Ekspert
Tarix: 13-08-2018 10:56 | Bölmə: Cəmiyyət
Tibb Universitetində təhsil haqları artırılıb

Azərbaycan Tibb Universitetinin qəbul planında 200-dən çox yerin ixtisar olunması və təhsil haqqının 4000-4500 manata qaldırılması tələbələri çıxılmaz vəziyyətə salıb.

Təhsil eksperti Etibar Əliyev deyib ki, IV ixtisas qrupunda 600-dən yuxarı bal toplayan abituriyentlər gərginlik içərsindədirlər:

“Şəhər məktəblərini bitirib, 600-dən yuxarı bal toplayan abituriyentlərin əksəriyyəti elə düşünür ki, rayon məktəblərini bitirənlər yüksək təhsil haqqından imtina edəcəklər və nəticədə onların şansı artacaq. Qardaş Türkiyədə azı 30 universtetin Tibb ixtasaları bir-biriləri ilə rəqabət aparırlar. Ölkəmizdə isə tibb ixtisasları ancaq Tibb Universitetində və Naxçıvan Dövlət Universitetində cəmlənib. Abituriyentlər başqa ölkələrdə tibb ixtisasına daxil olmağın yollarını arayırlar. Demək olar ki, alternativ yoxdur. Alternativlər olmadığına görə rəqabət mühiti də yoxa çıxır”.

Ekspert bildirib ki, həkim olmaq istəyənlər Tibb Universitetinin rəhbərliyinin qərarlarına tabe olmalıdırlar: “Ölkədə İlahiyyat İnstitutu və Bakı İslam Universiteti fəaliyyət göstərir. Ancaq insanın sağlamlığını təmin edən bir universitet var. Orada da təhsil haqqı elə müəyyənləşdirilib ki, kasıblar ora ayaq basa bilməzələr”.




Bölməyə aid digər xəbərlər
19-11-2024, 12:53 Sabah yağış yağacaq
18-11-2024, 12:54 Sabah yağış yağacaq

bütün xəbərlər