20:08 / 23-11-2024
"Qarabağ" qalib gəlib
12:30 / 23-11-2024
Azərbaycanda zəlzələ olub
Məhkəmə həbsdəki bloggerlə bağlı qərar verib
Tarix: 24-08-2018 18:56 | Bölmə: Cəmiyyət
Məhkəmə həbsdəki bloggerlə bağlı qərar verib

Blogger Mehman Hüseynovun vaxtından əvvəl şərti azadlığa buraxılması ilə bağlı müraciəti üzrə məhkəmə prosesi keçirilib.

14 saylı cəzaçəkmə müəssisəsində Qaradağ Rayon Məhkəməsinin hakimi Rəşad Məmmədovun sədrliyi ilə keçirilən prosesdə qərar elan edilib.

Qərara əsasən, Mehman Hüseynovun müraciəti təmin edilməyib.

Qeyd edək ki, M. Hüseynov 2017-ci ilin martın 3-dən həbsdədir. O, Suraxanı Rayon Məhkəməsinin qərarı ilə 2 il müddətinə azadlıqdan məhrum edilib. Qərar Nəsimi Rayon Polis İdarəsinin rəisi Musa Musayevin xüsusi ittiham qaydasında etdiyi şikayət əsasında çıxarılıb. Blogger Cinayət Məcəlləsinin 147.2-ci (böhtan, ağır və ya xüsusilə ağır cinayətdə ittiham etməklə böhtan atma) maddəsi ilə ittiham olunub.

Reyting.az




Bölməyə aid digər xəbərlər
19-11-2024, 12:53 Sabah yağış yağacaq
18-11-2024, 12:54 Sabah yağış yağacaq

bütün xəbərlər