13:04 / 16-09-2024
Sabah yağış yağacaq
Bir ailənin 4 üzvü qəzada həlak olub - Yaralılar var
Tarix: 25-08-2018 08:56 | Bölmə: Cəmiyyət
Bir ailənin 4 üzvü qəzada həlak olub

Göyçay rayonunda ağır yol-nəqliyyat hadisəsi baş verib.

Reyting.az
saytı “Report”a istinadla xəbər verir ki, Göyçay-Bərgüşad yolunun Cəyirli kəndi ərazisindən keçən hissəsində "Mercedes" və "VAZ-2106" avtomobillərinin toqquşması nəticəsində ikinci maşının Ənvər adlı sürücüsü və sərnişinlər - Səlimov Ramin Azər oğlu, Səlimova Gülnar Nağı qızı və onların 8 yaşlı övladı Səlimov Azər Ramin oğlu aldıqları xəsarətlərdən ölüblər.

Daha 7 nəfər şəxs, "VAZ"ın digər sərnişinləri - 1963-cü il təvəllüdlü Salmanova Qənimət Yüsif qızı, Salmanov Ülvi Ümid oğlu (2015), Salmanova Həcər Ramin qızı, Salmanova Aygün Ənvər qızı (1993) və "Mercedes" markalı avtomobilin sürücüsü, Abdullayev Akşin, onun sərnişinləri Cahangirov Zahir Qədir oğlu (1989) və Əhmədova Aygün Ənvər qızı (1993) yaralanaraq xəstəxanaya yerləşdiriliblər.

Hadisə hər iki avtomobil müxtəlif toy mərasimlərindən qayıdan zaman baş verib. Zərbənin gücündən "VAZ-2106" markalı avtomobil 2 hissəyə bölünüb.

Faktla bağlı araşdırma aparılır.




Bölməyə aid digər xəbərlər
Bu gün, 13:04 Sabah yağış yağacaq