13:04 / 16-09-2024
Sabah yağış yağacaq
Nazir polis rəisini vəzifədən kənarlaşdırıb
Tarix: 26-08-2018 23:40 | Bölmə: Cəmiyyət
Nazir polis rəisini vəzifədən kənarlaşdırıb

Daxili işlər naziri Ramil Usubovun müvafiq əmri ilə Goranboy rayon polis şöbəsinin rəisi, polis polkovniki Azadəliyev Fəqan Cəbrayıl oğlu vəzifəsindən azad olunaraq sərəncama göndərilib.

“Report”un xəbərinə görə, onun yerinə hələ ki, təyinat olmayıb.

Qeyd edək ki, F. Azadəliyev 2014-cü ilin fevral ayından Goranboy rayon Polis Şöbəsinin rəisi vəzifəsində çalışıb.

O, bundan əvvəl Yardımlı polisinə rəhbərlik edib. 2014-cü ilin 1 iyul tarixində isə Prezidentin sərəncamı ilə "İgidliyə görə" medalı ilə təltif olunub.

Reyting.az




Bölməyə aid digər xəbərlər
Bu gün, 13:04 Sabah yağış yağacaq