Separatçı rejimin başçısı öldürüldü - Yaralılar və həbs olunan var
Tarix: 31-08-2018 22:17 | Bölmə: Cəmiyyət
Separatçı rejimin başçısı öldürüldü

Ukraynada separatçı rejimin başçısı partlayış nəticəsində ölüb.


“RİA Novosti" xəbər verir ki, qondarma Donetsk Xalq Respublikasının lideri Aleksandr Zaxarçenko “Separ” restoranında baş verən partlayış zamanı həyatını itirib.

Separatçıların "vergilər naziri" Timofeyev isə yaralanıb.

Partlayışda digər ölən və yaralananların da olduğu bildirilir.

Son məlumata görə, separatçı rejim başçısının ölümündə şübhəli bilinən şəxs tutulub.

Mərhum Aleksandr Zaxarçenkonun köməkçisi Aleksandr Kazakov bildirib ki, hadisə ilə bağlı araşdırmalar davam etdirilir.

Reyting.az




Bölməyə aid digər xəbərlər