Alkaqolik və narkomanların müalicə qaydaları dəyişir
Tarix: 01-09-2018 10:30 | Bölmə: Cəmiyyət
Alkaqolik və narkomanların müalicə qaydaları dəyişir

Nazirlər Kabineti alkaqolik və narkomanların müalicəsi ilə bağlı bir sıra qərarlara dəyişiklik edib.

Dəyişikliklər “Xroniki alkoqoliklərin və narkomanların ixtisaslaşdırılmış tibb müəssisələrində saxlanması rejimi, normativləri və müalicəsi haqqında Əsasnamənin təsdiq edilməsi barədə”, “İxtisaslaşdırılmış tibb müəssisələrində məcburi müalicənin Şərtləri və Qaydaları”nın təsdiq edilməsi haqqında” və “Cəzaçəkmə müəssisələrində cəza çəkən narkoloji xəstə məhkumların məcburi müalicəsinin aparılması Qaydaları”nın təsdiq edilməsi haqqında” qərarlara şamil edilib.

Bu qərarlardakı “tibbi rəyə” sözləri “həkim-məsləhət komissiyasının rəyinə” sözləri ilə əvəz edilib.

Reyting.az




Bölməyə aid digər xəbərlər