20:08 / 23-11-2024
"Qarabağ" qalib gəlib
12:30 / 23-11-2024
Azərbaycanda zəlzələ olub
İşdən çıxarılan icra başçısı istintaqa cəlb olunub
Tarix: 01-09-2018 17:38 | Bölmə: Cəmiyyət
İşdən çıxarılan icra başçısı istintaqa cəlb olunub

Gədəbəy rayon icra hakimiyyətinin keçmiş icra başçısı Ramiz Yediyarov hüquq-mühafizə orqanında ifadə verib.

Reyting.az
saytı unikal.org-a istinadən xəbər verir ki, çirkli pulların yuyulmasında, Rusiyada azərbaycanlı biznesmenlərdən yığılan ianələrin AXCP-yə verilməsində ittiham olunaraq həbs edilən Gədəbəy rayonunun keçmiş icra başçısı Saleh Rüstəmovun cinayət işi ilə bağlı Ramiz Yediyarovun da ifadəsi alınıb.

Adıçəkilən sayt iddia edir ki, istintaqa ifadə verən Saleh Rüstəmov Gədəbəy rayonunda geniş ərazilərdə tikdirdiyi "Park" marketə, onun ikinci mərtəbəsində yerləşən - sahibi olduğu şadlıq evinə və digər obyektlərinə görə Ramiz Yediyarova külli-miqdarda rüşvət verdiyini bildirib: "AXCP fəalının bu ifadəsindən sonra Gədəbəy rayonunun keçmiş icra başçısı Ramiz Yediyarov Baş Prokurorluğun Ağır cinayətlərə dair işlər üzrə İstintaq İdarəsinə çağırılaraq ifadəsi alınıb".

Xatırladaq ki, Azərbaycan Respublikası Prezidentinin Ərazi-təşkilat məsələləri üzrə köməkçisi Zeynal Nağdəliyev Gədəbəy rayon icra hakimiyyətinə başçı təyin olunan İbrahim Mustafayevi kollektivə təqdim edərkən bildirmişdi ki, keçmiş icra başçısı Ramiz Yediyarov işində yol verdiyi ciddi nöqsanlara və sahibkarlığın inkişafına mane olduğu üçün vəzifəsindən azad edilib.

Reyting.az




Bölməyə aid digər xəbərlər
19-11-2024, 12:53 Sabah yağış yağacaq
18-11-2024, 12:54 Sabah yağış yağacaq

bütün xəbərlər