“Heç bir müəllimin dərs yükü azaldılmayacaq" - Fərzəli Qədirov
Tarix: 01-09-2018 23:08 | Bölmə: Cəmiyyət
“Heç bir müəllimin dərs yükü azaldılmayacaq"

"Yeni tədris ilində heç bir müəllimin dərs yükü azaldılmayacaq".

Bunu Təhsil Nazirliyinin aparat rəhbərinin müavini Fərzəli Qədirov mətbuata açıqlamasında deyib.

Nazirlər Kabinetinin "Təhsil müəssisələrinin pedaqoji işçilərinin dərs yükü normalarının müəyyən edilməsi haqqında" son qərarını şərh edən nazirlik rəsmisi bildirib ki, müəllimlərin həftəlik dərs yükünün norması eyni qaydada qalıb. Bu qərarla sadəcə olaraq iki qanunvericilik aktı bir-birinə uyğunlaşdırılıb.




Bölməyə aid digər xəbərlər