ABŞ Tayvanı silahlandırır
Tarix: 02-08-2023 12:38 | Bölmə: Dünya / Xəbərlər
ABŞ Tayvanı silahlandırır

ABŞ prezidenti Cozef Bayden Konqresdən Tayvanın silahla təchiz olunması üçün maliyyə ayrılmasını istəyəcək.

“Financial Times” xəbər verir ki, Ağ ev bu addımı Çindən gələn təhlükənin artması fonunda ölkəyə silah tədarükünü sürətləndirmək üçün atır.

C.Baydenin bu təşəbbüsü Ukrayna üçün əlavə büdcə tələbinin bir hissəsi olaraq nəzərdə tutulur.

Konqres bu təşəbbüsü qəbul edərsə, o zaman Tayvan ilk dəfə olaraq “xarici hərbi maliyyələşdirmə” kimi tanınan ABŞ vergi ödəyiciləri tərəfindən maliyyələşdirilən sistem vasitəsilə silah alacaq.

Təklifin bu ay Konqresə təqdim edilməsi gözlənilir. Ancaq Ağ evin Tayvanın silahla təchiz olunması üçün nə qədər pul istəyəcəyi açıqlamayıb. Ümumiyyətlə, məsələnin təfərrüatları gizli saxlanılır(Report).




Bölməyə aid digər xəbərlər
{sape_links}{sape_article}