Fransada çeçenlərin reket dəstəsi tutulub
Tarix: 15-10-2018 12:49 | Bölmə: Dünya
Fransada çeçenlərin reket dəstəsi tutulub

Fransa polisi Çeçenistandan olan quldurların saxlanılçası ilə bağlı xüsusi əməliyyat keçirib.

Reyting.az xəbər verir ki, Paris ətrafında hədə-qorxu ilə avtomobil sürücülərindən pul almaqda şübhəli bilinən qruplaşmanın 23 üzvü həbs edilib.

Saxlanılanlar reketliklə məşğuldur – onlar hədə-qorxu gəlməklə Şərqi Avropa ölkələrinə - Ukrayna, Moldova, Polşadan Parisə gediş sürücülərdən “haqq” toplayıblar.

Polisdən verilən məlumata görə, “haqqın” miqdarı 200 avro olub. Təxmini hesablamalara görə, reketlər bu yolla ayda 200 min avro qazana bilərdilər.

Çeçenlərin sürücülərdən birinin pul verən an saxlanıldığı bildirilir. Axtarış zamanı iri məbləğdə pul və silah götürülüb. Qarajda qruplaşmaya məxsus bahalı avtomobil də aşkar olunub.

Bəzi məlumatlara görə, dəstə üzvləri arasında radikal islam fəaliyyətinə meyllilər də olduğundan Fransanın dövlət təhlükəsizliyinə də təhlükəli olublar. Lakin istintaqın çeçenlərin terror birlikləri ilə hər hansı əlaqəsinin olması haqda məlumatı yoxdur.

Reyting.az




Bölməyə aid digər xəbərlər
{sape_links}{sape_article}