İsraildə 12 Fransa vətəndaşı həlak olub
Tarix: 12-10-2023 17:24 | Bölmə: Dünya
İsraildə 12 Fransa vətəndaşı həlak olub

HƏMAS-ın İsrailə hücumları nəticəsində 12 Fransa vətəndaşı həlak olub.

CNN xəbər verir ki, bu barədə Fransa Xarici İşlər Nazirliyinin sözçüsü Anne-Kler Legendre jurnalistlərə bildirib.

Onun sözlərinə görə, daha 17 nəfərin taleyi barədə məlumat yoxdur.

XİN rəsmisi vurğulayıb ki, rəsmi Paris vətəndaşlarının evakuasiyası üçün şənbə və bazar günləri İsraildən uçuş planlaşdırır.

Xatırladaq ki, oktyabrın 7-də səhər saatlarında İsrail ərazisi Qəzza zolağından raket atəşinə tutulub. Son məlumatlara görə, 1 300 nəfər ölüb, 3300 nəfər yaralanıb. İsrail ordusu "müharibə hazırlığı vəziyyəti" elan edib və cavab olaraq "Dəmir Qılınclar" əməliyyatına başladığını açıqlayıb(Report).




Bölməyə aid digər xəbərlər
{sape_links}{sape_article}