Putin Orbanla Pekində görüşüb
Tarix: 17-10-2023 13:58 | Bölmə: Dünya
Putin Orbanla Pekində görüşüb

Rusiya prezidenti Vladimir Putin Macarıstanın baş naziri Viktor Orbanla Pekində görüşüb.

Reyting.az
xəbər verir ki, bu barədə TASS məlumat yayıb.

Rusiya lideri qeyd edib ki, ölkəsi geosiyasi məhdudiyyətlərə baxmayaraq, bir çox Avropa ölkələri, o cümlədən Macarıstanla əlaqələri inkişaf etdirir:

“Rusiya ilə Macarıstan arasında son onilliklərdə münasibətlər qarşılıqlı şəkildə maraqların nəzərə alınması və müsbət dinamikaya əsaslanaraq qurulub”.

Putin, Rusiya ilə Macarıstanın mövqelərinin hər zaman üst-üstə düşməməsinə baxmayaraq, Orbanı dünya və Avropadakı vəziyyəti müzakirə etməyə dəvət edib.

Rusiya prezidenti çıxışı zamanı həmçinin əlavə edib ki, ölkələrarası ticarət dövriyyəsinin həcmi nəzərəçarpacaq dərəcədə aşağı düşüb və əvvəlki səviyyəyə qaldırmaq üçün ciddi addımlar atılmalıdır.(APA)




Bölməyə aid digər xəbərlər
{sape_links}{sape_article}