20:08 / 23-11-2024
"Qarabağ" qalib gəlib
Keçmiş baş nazir Qəzzaya nəzarətin Fələstin rəhbərliyinə verilməsini təklif edir
Tarix: 17-10-2023 17:29 | Bölmə: Dünya
Keçmiş baş nazir Qəzzaya nəzarətin Fələstin rəhbərliyinə verilməsini təklif edir

İsrailin keçmiş baş naziri Ehud Barak bildirib ki, HƏMAS-ın hücumlarından sonra ölkə lideri Benyamin Netanyahu xalqın və əsgərlərin etibarına malik deyil.

Reyting.az
xəbər verir ki, Ehud Barak HƏMAS-ın oktyabrın 7-də törətdiyi hücumu “İsrail dövlətinin tarixindəki ən böyük uğursuzluq” adlandırıb, çünki Təl-Əviv hücumun qarşısını ala bilməyib və öz vətəndaşlarını qorumaq üçün qoşun göndərməyi gecikdirib.

E. Barak bəyan edib ki, baş nazir Netanyahuya xalqın, öldürülən insanların ailələrinin, ya da sahədəki komandirlərin və əsgərlərin etibarı yoxdur.

İki keçmiş yüksək rütbəli hərbi məmurun - Benny Gantz və Gadi Eizenkotun İsrailin döyüş kabinetinə daxil olmasından rahatlaşdığını ifadə edən Barak deyib ki, bu şəxslərin “qərarvermə prosesinə təcrübə və ardıcıllıq gətirəcəyinə” inanır.

Barak vurğulayıb ki, İsrail HƏMAS-ı birdəfəlik məğlub etmək istəsə Qəzzada quru əməliyyatı keçirməkdən başqa çarəsi olmayacaq.

1999-2001-ci illərdə baş nazir olan Barakın fikrincə, Qəzzaya qarşı quru əməliyyatlar həftələr, hətta bir neçə ay çəkə bilərş Bu səbəbdən də Qəzzaya nəzarətin mərhələli şəkildə Fələstin rəhbərliyinə verilməsini təklif edib.

ABŞ prezidenti Co Baydenin İsrailin Qəzzanı işğal etməsinin “böyük səhv olacağı” ilə bağlı şərhlərini dəyərləndirən Barak əlavə edib ki, strategiyaya gəldikdə, ABŞ-ın məsləhət verməməsi lazımdır.

V. QULİYEV




Bölməyə aid digər xəbərlər
bütün xəbərlər